Xəbər lenti

 

“Suriya ərazisində Rusiya vətəndaşlarının olduğunu istisna etmək olmaz. Ancaq bu şəxslərın Rusiya Silahlı Qüvvələri ilə heç bir əlaqəsi yoxdur”.

Ovqat.com xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bir həftə öncə Suriyada öldürülən rus muzdlularının (“Wagner") kimliyi ilə bağlı sualı cavablandırarkən deyib.

O, gündəlik mətbuat konfransında iddialar barədə Kremldə heç bir məlumatın olmadığını bildirərək deyib: “Bu səbəbdən də sualı mənasız sayıram. Jurnalistləri dezinformasiyların əsiri olmamaq üçün şüurlu və ya şüursuz gündəmə gətirilən xətalı məlumatlara istinad etməməyə və bu cür önəmli xəbərlərin dərc olunmasına ciddi yanaşmağa çağırıram"

Bununla belə, Peskov Suriyada öldürülən istənilən rusun Rusiya vətəndaşlarının olduğunu vurğulayıb, amma onlar üçün rəsmi matəm edilməyəcəyinə də eyham vurub.

Qeyd edək ki, xarici mətbuatda adı çəkilməyən Ağ ev rəsmisinə istinad edilərək, 7 fevral 2018-ci il tarixində ABŞ ordusunun DSQ-nə hücum edən ən azı 100 Suriya əsgərini öldürdüyü xəbər verilmişdi. Daha sonra bu hərbçilər arasında xeyli sayda rusların da olduğu mətbuata sızdırılmışdı. Məlumata görə, onlar arasında 40 yaxın rus muzdlusu var.

Kreml isə bir həftədir bu məlumatı gizlədir və ortaya çıxan suallara cavab verməkdən yayınır.

Ən maraqlı məqam isə ABŞ-ın mövqeyidir. Kremlin susqunluğunu görən Ağ ev sanki bilərəkdən bu məsələni gündəmə gətirir, Rusiyanın hərbi nüfuzunu baltalayır və onu sanki duelə çağırır. Moskva isə sükutu pozmağa üstünlük verir.




Ana səhifəyə qayıt        Baxış: 2 676          Tarix: 14-02-2018, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma