Xəbər lenti

  

ABŞ 2016-cı ildə Türkiyə ilə Ukrayna arasındakı hərbi əməkdaşlığın inkişaf etdirilməsi perspektivinin qarşısını alıb.

Ovqat.com xəbər verir ki, məlumatı Ukrayna xəbər agentlikləri yayıb.

OPK-yə açıqlama verən Ukrayna rəsmisinin fikrincə, iki ölkə arasında hərbi sənaye sahəsində birgə əməkdaşlıq müzakirələri aparılırmış və tərəflər yekun razılaşmanın astanasında imişlər. Görüşlərdə əsasən birlikdə raket və təyyarə istehsalı masaya yatırılıbmış. Fəqət bu sövdələr ABŞ-ın “şiddətli” qarşı çıxmaları nəticəsində Ukrayna tərəfindən dayandırılıb.

Mənbə ABŞ-ın bu “mərdimazarlığının” səbəbinə də aydınlıq gətirib: “Türkiyənin nəzarətdənkənar inkişafından və güclənməsindən çəkinirdi”.




Ana səhifəyə qayıt        Baxış: 807          Tarix: 22-02-2018, 07:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma