Kadir Temiz
Çin Suriya vətəndaş müharibəsi sahədə yerləşən, amma strategiyası, taktikası və milli maraqları ən az bilinən böyük gücdür. Onun Suriyadakı vəziyyəti haqqında həqiqi və tutarlı biliyə sahib olmağın çətinliyi bir çox spekulyativ xəbər və nəzəriyyələrin yayılmasına yol açır. Təəssüf ki, ciddi xəbərçiliklə məşğul olanlar da bu tələlərə düşürlər. Bu xarakterli məlumatlardan sonuncusu ötən həftələrdə yenidən ortaya atıldı: Çin Suriyaya gedir!
Sonda deyəcəyimizi başda deyək: Çin təxmin ediləndən də uzun müddətdir ki, Yaxın Şərqdə, Suriyada və digər coğrafiyalardadır. Proseslərə biganə deyil və prosesləri təxmin ediləndən daha çox nəzərə alır. Ancaq problem bu varlığın keyfiyyətinin və kəmiyyətinin xüsusən son illərdə çox sürətli bir şəkildə dəyişilməsidir.
Bəziləri Çinin hələ digər böyük güclərlə rəqabətə girəcək səviyyəyə çatmadığını iddia edərkən, bəziləri isə Çinin siyasi mədəniyyətinin belə bir qüdrətə çatsa belə müdaxilə tərəfdarı olmayacağı, hegemoniya iddiasında olmayacağı və mövcud quruluş və sistemlə "sülh" və "harmoniya" mərkəzli əlaqələr quracağı təxminində var. Hər iki izahının da ortaq tərəfi "Çin unikallığı”dır.
Çin kimi öz yaxın bölgəsindəki böhran sahələrində (Cənubi Çin dənizi, Senkaku/diaoyu adaları, Tayvan problemi, Koreya böhranı və s). status-kvonu dəyişdirici və lazım gələndə sərt ritorika və hərəkətlər nümayiş etdirən bir ölkənin, Yaxın Şərq kimi özünə görə uzaq bir məkanda həlledici təsir göstərməməsinin ən ağlabatan izahı nə ola bilər? Çox sadə bir ifadə ilə Yaxın Şərqdəki milli maraqları hələ o bölgədə oyun dəyişdirici bir aktyor kimi olmasını tələb etmir. Bu səbəbdən Çinin Suriyada daha fəal olaraq var olub olmayacağı sualına əsl cavabı Çinin Suriyadakı milli maraqlarını yaxşı bir şəkildə analiz etməklə vermək mümkündür. Bu çerçevde başlıca üç maraq sahəsindən danışmaq olar.
SİYASİ MARAQ SAHƏLƏRİ
Çinin 1990-cı illərdə başlayan və 2000-ci illərdə gözlə görünən bir şəkildə artan qlobal təsir gücü yalnız öz yaxın bölgəsində deyil, eyni zamanda Çinə uzaq regionlarla yanaşı qlobal güclərlə əlaqələrində də ciddi dəyişikliklərə səbəb oldu. Bu dəyişikliyin ən mühüm iki amilinin 2008-ci ildəki qlobal iqtisadi böhran ilə 2013-ci ildə Çin Dövlət Başçısı Şi Cinping tərəfindən açıqlanan "Vahid Qurşaq Tək Yox" layihəsi olduğunu demək mümkündür. Bu iki hadisə bir növ Çinin beynəlxalq iqtisadi və siyasi sistemlə inteqrasiyası haqqında ölkə rəsmilərinin şübhələrinin də nə dərəcədə ciddi olduğunu göstərir. Həmin iki hadisə ilə birlikdə artıq Çinin uzaq bölgələrdə daha müstəqil və aktiv bir xarici siyasət yürüdəcəyini iddia etmək olar ki, bunun ilk işarələri Afrika və Yaxın Şərqdə görünür.
Çinin Yaxın Şərq siyasətini dəyərləndirdikdə bu iki hadisənin tam ortasında 2011-ci ildə başlayan “Ərəb baharı” dayanır. “Ərəb baharı” prosesi Çində neqativ qarşılansa da davam edən qeyri-müəyyənlik Çinin bölgəyə girişini daha da asanlaşdırmışdır. ABŞ və Rusiya rəqabətiylə yanaşı, İran, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı kimi regional güclərin arasında kəskin qarşıdurmalar Çinin fərqli və oyun dəyişdirici bir aktyor kimi bölgəyə giriş imkanını ortaya çıxarmışdır. Yalnız qlobal siyasi tarazlıqların deyil, regional balansların da sürətlə dəyişdiyi dövrlərdə Çin kimi ölkələr üçün böyük fürsətlər ortaya çıxır.
2000-ci illərin əvvəlində qloballaşmaya və liberal inteqrasiyaya olan inanc Çinin Yaxın Şərqə fəal və neytral xarici siyasətlə girişini asanlaşdırdı. Azad ticarətə və iqtisadi asılılığın dinc münasibətlər doğuracağına olan qüvvətli inamla bərabər Çin Yaxın Şərqdə fəal bir güc halına gəlmişdi. Ancaq “Ərəb baharı”ndan sonra Çinin Yaxın Şərqə yönəlik xarici siyasətinin da sərhədləri ortaya çıxdı. Çünki Çinin neytral və fəal xarici siyasəti davamlı bir şəkildə sabitlik və nizam-intizam tələb edirdi. Sadəcə “Ərəb baharı” deyil, əslində, ərəb-İsrail münaqişəsi, Fələstin problemi, İraqın işğalı və İran nüvə böhranı kimi problemlərdə də Çinin neytral və fəal xarici siyasətinin sərhədlərini görmək mümkündü. Nəhayət, 2015-ci ildə Rusiyanın Suriya müdaxiləsi Çinin xarici siyasət prinsiplərinə də dağıdıcı təsir göstərdi. Daha əvvəl israrla xarici müdaxiləyə qarşı olan və siyasi müzakirələri dəstəkləyən Çin Rusiyanın Suriyaya müdaxiləsinə səs çıxarmadı. Hətta bu prosesdə Rusiya ilə birgə hərəkət etdi. Bu ana qədər Suriya böhranı ilə bağlı gündəmə gətirilən BMT qətnamə layihələrində Rusiya və Çin tərəfdaşlığı rahatlıqla özünü büruzə verir. Beləliklə, Çin milli maraqları səbəbilə lazım gələndə tərəf ola biləcəyi siqnalını da vermiş oldu.
Rusiyadan fərqli olaraq, xüsusilə Suriyadakı uyğur döyüşçülərini ən mühüm milli təhlükəsizlik təhdidi kimi görən Çinin son dövrdəki fəal siyasətlərini bu çərçivədə dəyərləndirmək lazımdır. Bəzi iddialara görə, müharibənin davam etdiyi hər gün Suriyada İŞİD və müxaliflərin sıralarında döyüşən uyğurların da sayı artır. Çin üçün önəmli məsələ bu döyüşçülərin vətənə qayıdaraq yaradacağı təhlükəsizlik təhdididir.
Ancaq bütün iddialara baxmayaraq, uyğur döyüşçülərinin əsl sayının nə qədər olduğu, onların nə qədərinin Çinə qarşı bir aksiyada yer alacağı və hal-hazırda yer aldığı məsələsi aydın deyil. Bu suallara aydın gəldikcə, Çinin Suriyadakı proseslərə verəcəyi reaksiyaların da nisbəti dəyişə bilər. Çinin Suriyada bəlkə də ən açıq milli marağı budur.
İQTİSADİ MARAQ SAHƏLƏRİ
İqtisadi cəhətdən qiymətləndirdikdə, digər Yaxın Şərq ölkələrinə görə Suriya və Çin arasında iqtisadi münasibətlər müharibə ərəfəsində daha çox əhəmiyyət kəsb etmirdi. 2011-ci ildə 2,5 milyard dollar həcmindəki ümumi xarici ticarət dövriyyəsi, 2012-ci ildə 1,2 milyard dollara, 2013-ci ildə 700 milyon dollara geriləyərək ən aşağı səviyyəsinə çatdıqdan sonra 2014 və 2015-ci ildə yenidən 1 milyard dollara yüksəldi. İqtisadi əlaqələr kontekstində Türkiyə və Misir kimi əhalisi sıx, həmçinin İran və digər körfəz dövlətləri kimi enerjilə zəngin ölkələrlə müqayisədə Suriya çox arxa planda qalırdı.
Ancaq Suriya vətəndaş müharibəsi mövcud şərtləri dəyişdi və yeni bir vəziyyət yaratdı. Artıq bir çox ölkə kimi, Çin üçün də həm investisiya, həm enerji sahələri, həm də gələcəkdəki iqtisadi əlaqələr üçün sahədə özünü göstərmək zərurəti ortaya çıxdı. Çünki müharibə sonrası Suriyanın yenidən inşası üçün milyardlarla dollarlıq infrastruktur layihələrə maliyyə dəstək lazımdır. Məhz bu mərhələdə onsuz da "Tək Nəsil Yeganə Yol" layihəsi ilə yeni investisiya və inkişaf planı ortaya qoyan Çin üçün Suriya da bu planın bir parçası halına gəldi. Hətta Suriya Aralıq Dənizi ilə coğrafi yaxınlığı səbəbi ilə geoiqtisadi bir fürsət vəd edir. Yəqin ki, Çin münaqişələr sona yaxınlaşdıqda bölgədə daha çox təşəbbüs göstərəcək. Çünki Çin üçün ən mühüm iqtisadi fayda müharibə sonrası Suriyanın yenidən inşası üçün lazım olan milyardlarla dollarlıq investisiyalardır. Hazırda bu zəmini yaratmağa başlayan Çin Suriyada ötən aylarda 150-yə qədər öz firması üçün, təxminən, 2 milyard dollarlıq sənaye parkı qurmağa çalışır. Bundan başqa, Çin avqust ayındakı Dəməşq beynəlxalq ticarət sərgini də dəstəkləyən ölkələr sırasında idi.
Çinin önəmli bir üstünlüyü də Yaxın Şərqdəki hökumətlərin nəzərində imperial hədəfləri olmayan və bu vaxta qədər həmin ölkələrə hərbi müdaxilə etməyən bir güc imicinə malik olmasıdır. Bu imic Latın Amerikası və Afrikada yavaş-yavaş çökməyə başlasa da, hələ də Yaxın Şərqdə sorğu-sual doğurmur. Beləliklə, Çin, Suriyada yerləşən mövcud böyük güclər arasında coğrafi olaraq daha uzaqda və nisbətən daha az təhlükə yaratma potensialından dolayı Suriya rejimi tərəfindən də müsbət qarşılanır. İqtisadi diplomatiya bu çərçivədə Çinlilər üçün ən yaxşı vasitələrdən biridir.
İqtisadi mənada daxili müharibə yorğunu yaşayan Suriyanın ən mühüm iqtisadi problemi “isti” pul girişidir. İqtisadi hasilatı haradasa dayanma nöqtəsinə gəldiyindən müharibə iqtisadiyyatının ən mühüm daxilolmalarının tədarükü üçün tələb edilən “isti” pulun Rusiya və Çin mənşəli olması böyük bir sürpriz olmasa da, bu prosesi gələcəkdə bir üstünlüyə çevirmək istəyən ən əhəmiyyətli ölkə Çindir. Afrika siyasətinə bənzər bir şəkildə siyasi tələbatla yox, daha çox iqtisadi qarşılıqlı fayda tələbi ilə Suriyaya gələn çinlilərin digər ölkələrə nisbətən daha üstün olduğunu da demək lazımdır.
HƏRBİ MARAQ SAHƏLƏRİ
Çin əsgəri güc olaraq hər nə qədər Yaxın Şərqdə mövcud olmasa da, Suriyadan təhsil məqsədilə hərbçiləri ölkəsinə aparmaqda davam edir. Əslində Əfqanıstandakı siyasətinə bənzər bir strategiya izləyərək yayıldığı məkanlarda əsl vurucu gücü təşkil edən siyasi, hərbi qüvvələrə silah və təhsil verməklə əskiklərini tamamlamağa çalışır.
Bununla yanaşı, kəşfiyyat mübadiləsi və qarşıdurmaların gündəlik izlənməsi üçün yaradılan əməkdaşlıq mexanizmlərini də Suriya sahəsində görmək mümkündür. Çin bu tərz hərbi və kəşfiyyat münasibətlərini əsasən Suriya üzrə xüsusi nümayəndəliyi vasitəsi ilə həyata keçirir. Bu nümayəndəliyin fəaliyyəti çox gündəmə gəlməsə də Suriya böhranının həlli və idarəolunması üçün olduqca gərgin çalışır.
Hərbi mənada Çinin Suriyadakı qırmızı xətti İraqda da olduğu kimi ABŞ-ın ehtimal olunan işğalı və Qərb koalisiyasında vuruşan müxaliflərə verdiyi yüksək texnologiyalı silahların xarakteridir. Pekin israrla bu silahların Çin əleyhinə qrupların əlinə keçərək özünə qarşı milli təhlükəsizlik təhdidi yaratdığını düşünür. Bu səbəbdən Çinin hərbi angajmanını artıracaq bir gəlişmə ancaq bu iki səbəblə mümkündür.
XARİCİ MÜDAXİLƏ EHTİMALI
Bütün bu maraq sahələrinin üst-üstə düşdüyü bir neçə məqam var. Qlobal güclər rəqabətində Çinin ən çox nəzərə aldığı güc ABŞ-dır. Beləliklə, ABŞ-ın sahədə atacağı və atmaqda olduğu addımların məzmunu Çinin də verəcəyi reaksiyaya təsir göstərəcəkdir. ABŞ-ın Suriyada əlaqə içində olduğu qruplar arasında Çini ən çox narahat edən isə uyğur döyüşçüləridir.
İqtisadi mənada isə Çin özünü Suriyada müharibədən sonraya hazırlayır. Ehtimal olunan sülh şəraitində Suriyanın yenidən qurulması prosesində Çin fəal rol oynayacaq. Bundan başqa, təkcə Yaxın Şərqdə deyil, Afrika və Latın Amerikasını da nəzərə alanda Çin açıq bir şəkildə dəniz-aşırı milli hədəfləri olan ölkədir. Beləliklə, qlobal iqtisadi maraqlarını qorumaq məqsədi ilə dəniz-aşırı siyasi/diplomatik və hərbi fəallığını artırması mümkündür. Bu məqamda həlledici olacaq ən mühüm amil bu tədbirin minimum xərc və maksimum qazanc ilə aparılmasıdır.
Hərbi baxımdan isə Çin təkcə Yaxın Şərqdə deyil, Afrika kimi böhranların sıx yaşandığı regionlarda BMT-nin sülhqoruma gücü kimi təşkilati və hüquqi formalar altında işləmək istəyir. Hər nə qədər Suriyada Rusiya müdaxiləsini görməzdən gəlsə də, Çinin hələ öz prinsipini pozaraq xarici müdaxilə etdiyi bir məsələ yoxdur. Ancaq bu heç bir zaman müdaxilə etməyəcəyi anlamına da gəlmir. Belə ki, şərtlər dəyişəndə Çinin də çox uzaq olmayan bir tarixdə Vyetnam və Kambocaya hərbi müdaxilələr etdiyini untumamak lazımdır.
Paylaş: