Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Qətərin “Əl-cəzirə” xəbər agentliyi Suriya probleminin həllində aktyor dövlətlərin münasibətlərini incələyən maraqlı bir təhlil yazısı dərc edib. “Ankaranın ABŞ-a qarşı İran həssasiyyəti” sərlövhəli məqalədə müəllif Ece Göksedef iddia edir ki, Amerika İranın Suriyadan tamamilə təcrid olunmasını istəsə də, Türkiyə diplomatiyası bunun coğrafiyada stabilliyin qorunmasına xidmət etməyəcəyini düşünür və bütün siyasətlərini bu istiqamətdə qurur.
Yazıdan bəzi hissələri Ovqat.com oxucularıyla bölüşürük:
“Bu ilin 20 yanvar tarixində vəzifəsinə başlayan ABŞ prezidenti Donald Tramp Suriya və Yaxın Şərqdə daha fəal bir siyasət yürütməyə başladı. Prioritetinin hələ də İŞİD-lə mübarizə olduğu bildirən ABŞ vətəndaş müharibəsinin başından bu yana ilk dəfə 7 apreldə Əsəd rejiminin hərbi qüvvələrini raketlə vurdu. Ardından Moskva və Vaşinqtondan qarşılıqlı sərt açıqlamalar gəldi.
12 apreldə ABŞ xarici işlər naziri Rex Tillerson Suriya mövzusunda Rusiya ilə son illərdə ən böyük gərginliyin yaşandığı bir dövrdə Moskvadaydı.
Tillerson Moskvaya İran və Hizbullahla etdiyi əməkdaşlığı bir daha düşünməsi mesajını çatdırdı.
Vaşinqtonun Suriyadakı əsl hədəfi İranın təsirinin qırılmasıdır. O, Rusiya ilə ortaq bir zəmində görüşüb Suriya mövzusunda əməkdaşlığa getmək və bu şəkildə İranı və Əsəd rejimini tək buraxmaq istəyir. Rejimin İrandan aldığı dəstəkdən və Hizbullahın da bu sayədə güclənməsindən narahat olan Trump rəhbərliyi Rusiyanın Suriyada əhəmiyyətli bir aktyor kimi qalmasına isə qarşı çıxmır.
Eyni günlərdə Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu Suriya məsələsi ilə bağlı müxtəlif tərəflərlə intensiv telefon danışıqları apardı. Onun ən çox danışıdığı iki addan biri rusiyalı həmkarı Sergey Lavrov, digəri isə İranlı həmkarı Cavad Zərifdi.
Türk rəsmilərinin “Əl-cəzirə”yə verdiyi məlumata görə, Trampın Dəməşq rejimini ilk dəfə hədəf almasının ardından Ankara Əsədsiz Suriyaya keçid prosesi üçün Vaşinqtonla sıx əməkdaşlığa başlayıb. Ankaranın keçid prosesi və sonrasında əsas prioriteti isə Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Ancaq Türkiyə bunun üçün Astana prosesinin davam etdirilməsinin və İranın da oyundankənar vəziyyətə salınmamasının tərəfdarıdır.
Mövzunun həssaslığı səbəbiylə adını vermək istəməyən türkiyəli diplomat "İransız bir həll modelinin topal qala biləcəyini" vurğulayır. “Rusiyanın Suriyada material gücü varsa, İranın da bundan daha təsirli olan insan gücü var. Yenidən masa ətrafına toplaşıb həll müzakirələrinə başlayanda Suriya üzərində ciddi təsiri olan İran orada olmazsa, masa topal qalar"-deyən mənbəyə görə, şiddətin durması üçün əvvəlcə İranın razı salınması lazımdır.
Ankara İranın masada qalması üçün diplomatik səylərini davam etdirərkən, ABŞ-ın Müdafiə naziri James Mattis isə Körfəz ölkələriylə İranın gücünü qırmağa hesablanmış addımları müzakirə edirdi.
Yenə eyni günlərdə Tillerson Vaşinqtonun İrana yönəlik siyasətini yenidən formalaşdıracağını, İranın ABŞ-ın maraqlarına zidd olan Suriya, İraq, Yəmən və Livan başda olmaqla bölgədəki siyasətini də gözdən keçirəcəyini açıqlamışdı. Amerikanın dövlət katibi öz açıqlamasında "Əhatəli bir İran siyasəti İranın yaratdığı bütün təhlükələri göz qarşısında tutmalıdır. Bəllidir ki, bu təhlükələr xeyli çoxdur"-demişdi.
Vaşinqtonun bu sərt yanaşmasını xatırladıb, Tramp rəhbərliyinin İranın masada qalmasına necə baxacağını soruşduğumuz yüksək çinli bir türk diplomatının cavabı belə oldu:
"ABŞ bizə əvvəlcə PYD-lə bağlı mövqeyini bildirsin. Hazırda belə görünür ki, o, Raqqa əməliyyatını PYD ilə bərabər keçirəcək. ABŞ Suriyada İranın təsirini qırmaqla məşğul olarkən, Raqqadakı sünni ərəb əhalisini də itirəcək.
ABŞ, Rusiyanı öz arzuladığı mövqeyə gətirmək naminə Suriyadakı gücünü tarazlaşdırmağa çalışır. Bunun üçün də Rusiyanın gücünə qarşı PYD-ni ortaya çıxarır. Rusiya isə PYD kartını itirmək istəmədiyi üçün bu qrupla “mazaqlaşır”. "
“Əl-cəzirə” yazarı söhbətləşdiyi Türkiyə diplomatının bütün hallarda bölgənin digər aktyorlarıyla əməkdaşlığı davam etdirməyə məcbur olduqlarını, amma milli maraqları göz önündə tutacaqlarını bildirdiyini yazır. Diplomatın fikrincə, buna görə də Türkiyə bölgədə gücü və təsiri olan qonşularıyla yaxın təmasını davam etdirmək məcburiyyətindədir:
“Bölgənin təhlükəsizliyi ancaq bu şəkildə təmin oluna bilər, onları prosesdən kənarda qoya bilmərik”.
İdarə edilə bilməyən gücün gərəkli güc olmadığı vurğulayan mənbə İranın Suriyadakı gücü barədə də maraqlı fikirlə səsləndirib. Yazıdan sitat:
“İran Suriyada Əsəd rejimindən sonra maddi və insani olaraq ən çox itkin verən ölkədir. Amma yenə də geri çəkilmir. Çünki təsirini davam etdirmək istəyir, bunu da üzərinə hərbi öhdəliklər götürmüş vətəndaşları və yerli ünsürlər vasitəsilə sürdürür. Biz də bu fəaliyyəti bildiyimiz üçün həll prosesində onun masa xaricində tutulmamasını düşünürük. İrana əlini daşın altına qoyması lazım olduğunu söyləyirik. Çünki Vaşinqtonun, Moskvanın fəal iştirak etdiyi bu prosesin sonunda bölgədə və sərhədlərimizdə İranı düşmən kimi görmək istəmirik"”.
Elədirsə, bəs, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın vaxtaşırı İrana qarşı kəskin üslublu çıxışlarını necə başa düşməli?
Doplmatik qaynaq bu barədə də “Əl-Cəzirə” əməkdaşına maraqlı fikirlər deyib. Yazıda deyilir:
“İran, İraq və Suriya üzərinə çalışan diplomatik qaynaqlar, Ərdoğanın son dövrlərdə "Pers yayılmaçılığı" deyərək, İrana qarşı çıxışları üçün isə bunları söylədi:
"Bu açıqlamalar daha çox İraqa mənfi təsirini göstərir. Çünki İraq üçün qurulmuş bir mexanizm yoxdur. Amma Suriya elə deyil. Suriyada Rusiyanın da daxil olduğu üçlü mexanizm qurulub. Çox güclü şəkildə işləyən bu mexanizm siyasətçilərin bu cür açıqlamasından təsirlənməz"”.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar