Xəbər lenti

 

Milli Elektrik və Qaz İdarəsinin (EDF) parçalanaraq özəlləşdirilməsinə qarşı çıxan işçilər cümə günü ölkə prezidenti Emmanuel Makronun qazını kəsiblər.

Ovqat.com-un xəbərinə görə, zavallı Makron ailəsi 3 saat qazsız qalıb.

“Euronews”un xəbərinə görə, Fransanın radikal sol təmayüllü fəhlə həmkarlar ittifaqları CGT-nin Parisdəki enerji sahəsi üzrə nümayəndəsi Olivier Fegueuks faktı təsdiqləyən bəyanat verərək bildirib:

 “Etirazçı fəhlələrlə birlikdə Yelisey Sarayının qazını kəsdik. Bizim həmkarlarımız Prezidentə və hökumətə Milli Elektrik və Qaz İdarəsinin bölünməsinin səbəblərinə aydınlıq gətirmələri üçün davamlı olaraq suallar ünvanladıq. Suallarımıza heç bir cavab gəlmədiyi üçün biz də bu addımı atdıq”.

 Yelisey Sarayının fəhlələrə EDF-nin parçalanacağı xəbərini yalanladığını bildirən Fegueuks prezidentdən bu barədə yazılı bəyanat verməsini tələb edib:

 "Yelisey Sarayından bizə enerji şirkətinin parçalanması xəbərinin yalan olduğunu bildiriblər. Bu təkzibin yazılı şəkildə ictimaiyyətə açıqlanmasını və bu məsələdə bizə tam zəmanət verilməsini tələb edirik".

Qeyd edək ki, Azərbaycan rəsmiləri, az qala, ölkəmizin Fransaya demokratiya dərsi keçəcək səviyyədə inkişaf etdiyini vurğulayırlar. Halbuki ölkəmizdə nəinki bənzər hadisənin, hətta hansısa JEK müdirinin qazının kəsilməsi ehtimalı belə, ağla sığmır. Bizim fəhlələr uzaq başı müxalif liderlərin qazını və ya işığını kəsə bilərlər. Özü də hamısının yox. Sadəcə, MM-də təmsil olunmayanların.

 Bax, Fransa ilə Azərbaycan arasındakı əsl demokratiya fərqi burdadır.




Ana səhifəyə qayıt        Baxış: 1 274          Tarix: 23-06-2018, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma