Xəbər lenti
27-11-2024, 19:25

 “Metropolitendə, şəhər və rayonlarda, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında qiymətlərin 50 faiz artımı sadəcə “10 qəpiklik artım” kimi xarakteriza olunması doğru olmazdı. Elmi baxımdan artımların faiz nisbəti ilə ifadə olunması həmin sektorlar üzrə tam təsəvvür formalaşdırır”.

Tanınmış iqtisadçı ekspert gediş haqlarındakı artımı Ovqat.com-a şərh edərkən belə deyib.

 

Onun sözlərinə görə, birdən-birə 50 faizlik bahalaşma ondan xəbər verir ki, həmin xidmətləri həyata keçirən təsərrüfat subyektlərinin istehsal etdikləri mal və xidmətlərin maya dəyərində əhəmiyyətli dərəcədə dəyişiklər baş verib: “Bəs, bu, nədən yaranıb; Tarif Şurasının əsaslandırma hissəsi sözügedən suala cavab vermir.

 

Diqqət edirəm, bəzi rəsmilər qiymət artımı ilə bağlı əsaslandırmalarda qeyd edirlər ki, hansısa Avropa ölkələrində, MDB coğrafiyasında tariflər bizdən yüksəkdir. Amma bu bir reallıqdır ki, Azərbaycanda orta aylıq əməkhaqqı həmin ölkələrlə müqayisəolunmaz dərəcədə aşağıdır.

İkinci tərəfdən, onlarda dövlət büdcələri tərəfindən təbii inhisarçı şirkətlər və ya ictimai xidməti həyata keçirən dövlət şirkətləri mərkəzləşdirilmiş büdcədən dotasiya almırlar. Amma bizim dövlət büdcəsində təbii inhisarçı şirkətlərə 100 milyonlarla məbləğində gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz maliyyə yardımları edilir. Halbuki, ölkədə müstəqil iqtisadçılar, beynəxalq maliyyə qurumları, o cümlədən BVF ölkəmizlə bağlı tövsiyyələrində qeyd ediblər ki, dövlət şirkətlərinə ayrılan dotasiyalar büdcə vəsaitlərinin səmərəsizliyini və korrupsiya baxımından risk yaradıcı amilləri meydana çıxarır. Söhbət son 15 il ərzində ölkənin nəqliyyat infrastrukturu üçün dövlət büdcəsindən həmin sahələrin keyfiyyətcə yenidənqurulması və təşkili üçün 10 milyardlarla ölçülən məbləğdə dövlət büdcəsindən vəsaitlər ayrılıb. Dövlət büdcəsindən təkcə nəqliyyat sektorunda tikinti işlərinin aparılması, yeni avadanlıqların satın alınması və s. istiqamətinə ortalama olaraq hər il 2 milyard manat vəsait ayrılıb.

Əslində bu illər ərzində vətəndaşların vergiləri hesabına özünə xidmət xərclərinin maliyyələşdirilməsi baş vermişdir. Vətəndaşlara çatmalı olduğu həmin vəsaitləri nəqliyyat sistemi üçün xərcləyib. İndi yenidən qiymət artırılması sadəcə anlaşılmazlıqdır. Maraqlıdır ki, Tarif Şurası bu qərarı əsaslandırarkən yazıbdır ki, bu dəyişiklər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bu fikirlə yuxarıda söylədiklərim arasındakı ziddiyyətin olmasını aydınca görmək olur”.




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 1-08-2018, 02:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma