Xəbər lenti

  

ABŞ-da bir qrup senator təmsil olunduqları quruma Rusiyaya qarşı növbəti sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsi təqdim ediblər.

Ovqat.com xəbər verir ki, layihənin təqdimatında gözlənilən sanksiyaların səbəbi 3 amillə əsaslandırılır:

  • Rusiyanın Suriyadakı fəaliyyəti,
  • Ukraynanın işğalı,
  • 2016-cı il prezident seçkilərinə müdaxilə.

Qanun layihəsində ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Qarşı Müqavimət Qanunu (CAATSA) çərçivəsində yeni sanksiyaların tətbiq olunması və Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsi tələb edilir.

Həm respublikaçı, həm də demokrat senatorların birgə imza atdığı layihədə Rusiyaya məxsus dövlət borcları, rus siyasilərə və oliqarxlara qarşı yeni sanksiyalar, enerji investisiyalarına və uran idxalına məhdudiyyətlərin qoyulması da yer alır.

Senator Lindsey Qrehem layihə ilə bağlı verdiyi açıqlamada məqsədlərinin status-kvonu dəyişdirmək olduğunu bildirib: “Rusiyanın ABŞ-ın seçki proseslərinə müdaxilə etməsinə, ABŞ infrastrukturlarına kiber hücumlarına, Ukraynaya müdaxilələrinə və Suriyada xaos yaratma səylərinə son verənə qədər bu ölkəyə dağıdıcı sanksiyalar tətbiq ediləcək və bu istiqamətdə müxtəlif addımlar atılacaq".

Qanun layihəsini respublikaçı məşhur senatorlar Con Makkeyn, Cori Qardner, Lindsey Qrehem ilə demokrat senatorlar Bob Menendez, Ben Kardın və Janna Shaheen imzalayıb.

 ABŞ-ın kəşfiyyat qurumları da Rusiyaya qarşı ikinci cəbhədən hücuma keçiblər. Əlbəttə ki, hələlik informasiya savaşı çərçivəsində. Hər halda ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin və Federal Tədqiqatlar Bürosunun eyni anda yaydığı məlumatlardan belə qənaətə gəlmək mümkündür. Təhlükəsizlik orqanları Rusiyanı noyabrda keçiriləcək Konqres və 2020-ci ildəki prezident seçkilərinə müdaxilə etməyə çalışmaqda güahlandırıblar.

Ölkənin Milli Təhlükəsizlik Agentliyinin (NSA) direktoru Dan Kots (Coats) Rusiyanın Konqres seçkiləri ərəfəsində ABŞ-ı zəiflətmək və parçalamaq məqsədilə böyük miqyaslı məlumat kampaniyasına başladığını bildirib. Kots kampaniya monitorinqinə davam etdirəcəklərini və bu təşəbbüslər barədə ictimaiyyəti məlumatlandıracaqlarını açıqlayıb.

ABŞ Federal Tədqiqatlar Bürosunun (FBI) sədri Kristofer Uray (Wray) da bu faktı təsdiqləyib. O, “rusların kompüterlərə sızaraq namizədlər və hökumət nümayəndələri haqqında məlumat toplamağa çalışdıqlarını" söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 1 210          Tarix: 4-08-2018, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma