Xəbər lenti

  

Ermənistanda bir Türkiyə vətəndaşı həbs olunub.

Ovqat.com-un bildirdiyinə görə, ABŞ-ın tələbilə İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Kamal Öksüz dələduzluq və sənəd saxtakarlığında günahlandırılır.

Kamal Öksüzün Ermənistanda qeyri-hökumət təşkilatı yaratdığı və həmin quruma rəhbərlik etdiyi bildirilir.

ABŞ konqresmenlərinə fırıldaq gəlməkdə günahlandırılan bu şəxs Türkiyədə 15 iyul çevriliş cəhdini planlaşdıran və hərbi qiyama rəhbərlik edən Adil Öksüzün qardaşıdır. Fəthullah Gülənin sağ əli olan Adil Öksüz hələ də Türk hüquq mühafizə orqanlarının gözündən yayınmağı bacarır.

 Kamal Öksüz barədə yayılan bəzi xəbərlər Azərbaycanda da bir çox iri məmurun başını ağrıda bilər. Ermənistan hüquq mühafizə orqanlarının yerli mətbuata sızdırdığı məlumatlara inansaq, o, ABŞ konqresmenlərini Azərbaycan və Ermənistan rəsmilərilə görüşdürmək vədiylə aldadırmış. Əllərində yetərli istixbarat məlumatları olan konqresmenlər ona inanırmışlarsa, deməli, Kamal Öksüzün həqiqətən də bu cür əlaqələri var imiş. Bəs, həm Ermənistanla, həm də FETÖ ilə əlaqəsi olan Azərbaycan rəsmiləri kimlərdir?

Hüquq mühafizə orqanları bu suala cavab axtarmalı və həmin şübhəli şəxsləri ortaya çıxarıb cəzalandırmalıdır. Əks halda, mümkündür ki, həmin araşdırmalar ABŞ tərəfindən aparılsın və rəsmi Bakı növbəti şok sürprizlərlə qarşılaşsın.




Ana səhifəyə qayıt        Baxış: 1 324          Tarix: 30-08-2018, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma