Fəthullah Gülən pul kisəsi kimi tanınan iş adamı Memduh Çıkmaz Sudanda həbs olunaraq Türkiyə gətirilib.
Ovqat.com türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Çorum vilayətində benzindoldurma müəssisələri və kərpic zavodu olan Memduhun yeri iki ay bundan əvvəl Sudanda təsbit edilmişdi və Türk kəşfiyyatı onu həbsi üçün hərəkətə keçmişdi.
Bir neçə gün əvvəl Sudan kəşfiyyat orqanları ilə birgə keçirilən əməliyyat nəticəsində Memduhun gizləndiyi evində yaxalandığı bildirilir.
Məlumata görə, Fəthullah Gülənin “pul kisəsi” indiyə qədər təşkilata milyonlar dollar ianə verib. O, ianələri təşkilata bağlı iş dünyasından xərac kimi toplayırmış.
İş adamının 2016-cı ilin yanvar ayında Fəthullah Gülənin təlimatı ilə Türkiyəni tərk etdiyi iddia olunur. Memduh Sudanda da təşkilatı maliyyələşdirməklə məşğul imiş.
Paylaş: