Xəbər lenti

  

İranın Şimali İraqı bombalamasının səbəbi aydın olub.

Ovqat.com-un Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Mətbuat Mərkəzinə istinadə xəbər verir ki, hücum İranın Bəsrə şəhərində yerləşən konsulluğunda törədilmiş yanğının qisası xarakteri daşıyıb.

Məlumata görə, Ərbil şəhərinə bağlı Koysancak mahalında İKDP düşərgəsində toplantı keçirilən zaman İran tərəfindən raket atılıb.

Hücumda İKDP hərbi qanadından olan 9 adam ölüb. İran Kürdüstan Demokrat Partiyasının (HDK) baş katibi Mustafa Mevludinin də aralarında olduğu 30 adam isə ağır yaralanıb.

Xatırladaq ki, sentyabrın 7-də İranın Bəsrədəki Baş konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar konsulluğa hücum edərək binanı yandırıblar.

İran hökuməti hadisəni İran-Kürdüstan Demokratik Partiyasının üzvləri tərəfindən törətdiyini bilərək, düşərgəni bombalayıb.

Bu gün İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 8-09-2018, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma