Xəbər lenti

 

Rusiya – NATO arasında gərginliklər səngimək bilmir.

Bu gün ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Bailey Hatçinson Rusiyanı qadağan olunmuş raket istehsalını dayandırmağa çağırmış, əks halda onları özlərinin sıradan çıxarmalarıyla təhdid etmişdi.

Həmin təhdid bəyanatından çox keçməmiş, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadan NATO əleyhinə bir bəyanat yayımlandı. Bəyanat tam olaraq ABŞ generalının təhdidinə cavab olaraq verilməsə də, hər halda NATO-nu hədəfə almışdı.

Ovqat.com xəbər verir ki, Mariya Zaxarovanın bugünkü gündəmində NATO-nun Norveçdə keçirəcəyi "Trident Juncture 2108" hərbi təlimləri vardı.

Xanım diplomat sözügedən hərbi təlimin Norveç tarixində indiyə qədərki ən böyük əsgəri hərəkat olduğunu xatırladaraq deyib:

“Aparıcı NATO ölkələri Rusiya sərhədində hərbi varlıqlarını artırırlar. NATO-nun bütün bu hazırlıqları göz ardı edilə bilməz. Rusiya təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görəcəkdir".

Qeyd edək ki, bu ayın 25-də Norveçdə keçirilməsi gözlənilən hərbi təlimdə 30-dan çox ölkədən 45 min hərbçinin iştirakı planlaşdırılır. Təlimdə, həmçinin, 150 təyyarə, 60 gəmi və 10 mindən çox digər hərbi texnikalar öz güclərini nümayiş etdirəcəklər. Zaxarovanın təbirincə desək, dostanə olmayan bu hərbi təlimə NATO-nun yanaşması isə tamamilə fərqlidir. Alyansın Baş Katibi Cens Stoltenberqin fikrincə, Rusiyanın bu təlimdən narahat olmasına ehtiyac yoxdur. Çünki, o, hücum yox, müdafiə xarakteri daşıyacaq.




Ana səhifəyə qayıt        Baxış: 627          Tarix: 2-10-2018, 22:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma