Xəbər lenti

  

 Cəmşid   Dərələyəzli

 

...O tələ ki, erməni daşnaqları keçmiş SSRİ-nin dağılmasından sui-istifadə edərək, guya onu Azərbaycana qurdular. Lakin əksinə oldu, onlar əslində başqası üçün qurduqları tələyə özləri düşdülər.

Artıq tələ əməliyyatından 30 il ötür. Hansı ki, bu tələyə düşdükləri ana - 1988-ci ilə kimi Azərbaycanın əzəli torpaqlarında Rusiyanın iki yüz illik çabası ilə dövlət olmuş erməni xalqı insan kimi yaşamağa başlamışdılar. Bunula belə, onların qanlarının axması zamanı da yetişmişdi. Bu nədənlə də ara-sıra Türk duşmanlığını yenidən alovlandırmaq üçün Zori Balayan kimi daşnaq quyruqları ədəbiyyatlar yayıb bəzi qafasız erməni gənclərini qızışdırırdılar.

Nə yazıq ki, həmin daşnaq tör-töküntüləri və onların Moskvada oturan havadarları SSRİ-nin dağılmasından istifadə edib 1988-ci ildə Ermənistanın “gen planını” işə saldılar və ilk öncə  Qərbi Azərbaycan coğrafiyasından  sonuncu Türkləri çıxarmaqla, Azərbaycanın Dağlıq Qarabağı bölgəsini ilhaq etdilər. Bununla da, erməni daşnakları  illərlə gizlincə yürütmüş olduqları düşmənçilik  ədavətini bir daha alovlandırmış oldular. Və sonradan  bu da azmış kimi, Rusiya ordusunun köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafı 7 rayonunu da ələ keçirdilər.

Qeyid etdiyim kimi, əslində Ermənilər  həmin yeddi rayonu ələ keçirməklə özlərini tələyə düşürmüş oldular. Belə ki, Dağlıq Qarabağı özününküləşdirə bilməyən ermənilər, bu yeddi rayonu almaqla,   özlərinə Beynəlxalq aləmdə  əlavə problemlər yaratmış oldular.

Nə yazıq ki,  bütün bu avantüralar sadə ermənilərlə azərbaycanlılara ölüm və fəlakətdən başqa heç nə gətirmədi. Digər tərəfdən isə,  Ermənistanın bir dövlət olaraq dünyadan təcrid olunmasına və son 30 ildə bölgənin inkişafını təmin edən bütün infrastruktur layihələrdən məhrum etmiş oldu. Təbii ki,  bu da  onları  bir dövlət olaraq inkişafdan ən azı 50 il  geri saldı.

Mən mətbuatda gedən yazılarımda dəfələrlə qeyd etmişəm ki, Dağlıq Qarabağın ilhaqı Ermənistandan sonuncu soydaşlarımızın öz dədə-baba torpaqlarından çıxarılmasından sonra başladı, azadlığı da məhz həmin torpaqlardan başlanmalıdır. Belə ki, ilk öncə biz Cənab Prezidentin bütün rəsmi toplantılarda söylədiyi  İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və biz o torpaqlara qayıdacağıq” fikirini diqqətə almalı və bütün hərbi və siyasi gedişlərimizi bu hədəf üzərində qurmalıyıq.

 

Sanıram ki, artıq bu fikirlərin reallaşmasının zamanı gəlmişdir. Biz Dağlıq Qarabağ və ətrafındakı yeddi rayondan öncə əzəli  Azərbaycan əraziləri olmuş və “Şurəvilər” tərəfindən Ermənistanın ərazilərinə daxil  edilmiş  Zəngəzurun  6 rayonunu -  Dərələyəz, Əzizbəyov, Sisiyan, Gorus, Qafan, Mehri və Göyçəni (bəzilərinin adları indi dəyişdirilib) bütünlüklə geri qaytarmaqla, Ermənistanı masaya oturmağa məcbur etməliyik.

Bu gün Azərbaycanın qeyd olunan ərazilərdə əməliyyatlar aparmağa  həm hərbi gücü və həm də siyasi iradəsi vardır. Sanıram, biz bu əməliyyatları reallaşdırmaq  üçün ilk öncə Şərur rayonunun 1988-ci ildə ilhaq edilmiş Kərki kəndini geri qaytarmaqla başlamalıyıq. Bu kənd  Sədərəyə yaxın elə bir strateji nöqtədə yerləşir ki, İrəvandan bütün Zəngəzura və Dağlıq Qarabağa qara yolu məhz o nöqtədən keçir. Üstəlik, üzü Zəngəzura tərəf bütün yüksəkliklər Naxçıvandakı ordu birləşmələrimizin əlindədir. Biz bu yolu tutmaqla, Dağlıq Qarabağ separatçılarının Ermənistana əsas  çıxışlarını qapatmış olarıq.  Göyçənin alınması ilə Səlimin  gədiyindən Dərələyəzə açılan yol da bizim nəzarətimizə keçmiş olar.

Üçüncü məsələ isə, bu əməlyyatla bizim istilada olan torpaqlardan Ermənistanın İranla ilişkiləri durdurular. Biz bütünlükdə bu əməliyyatları aparmaq cəsarətində buluna bilsək, qeyd-şərtsiz Ermənistanı danışıq masasında oturmağa məcbur etmiş olarıq.

O, başqa mövzunun söhbətidir ki, ermənilər tamamilə həmin torpaqlardan bir gün mütləq sürüləcək. Çünki onlar bu ağılla enində-sonunda buna məhkumdurlar və bunu da zaman göstərəcək. O ZAMAN kı, artıq emənilərin xeyrinə işləməyəcək və əslində bu proses artıq başlamışdır.

Bütün bunlara nədən Ermənistanın bu gün tələdə çırpınan və bir türlü bu tələdən xilas olmağı bacarmayan tülkü rolunda olmasıdır. Onlar artıq anlayırlar ki, bu müharibə nə qədər uzanır-uzansın, onların xeyrinə heç nə dəyişməyəcək. Sadəcə geri çəkilə bilmirlər, çünki arxa cəbhədə  xalqın  bunun hesabını  onlardan soracaqlarından çəkinirlər. Ki, dəyərdimi xalqın 30 illik səfalət və məşəqqətinə, dəyərdimi bunca şəhid qanlarının axıdılmasına? Dəyərdimi illərlə bir yerdə yaşamış ermənilərlə türklərin arasına bunca düşmənçilik toxumun səpilməsinə?  O zaman erməni siyasilərinin bu haqlı suallara cavab verəcək arqumentləri olmayacaq artıq..

Bəli, bu gün erməni separatçılarının qarşısını əngəlləyən məhz bu sorular və bir də Rusiyanın əlində bu məsələdə maşa rolunda çıxış etmələridir.

Qaldı bu  sorunun irəlisinə, bu - müharibədir  və təbii ki müharibə də onlara ölümdən başqa  heç  nə  vəd etmir. Çünki, Azərbaycan artıq erməni separatçılarının o  ölüm cizgisini cızıb və buna tam qadir bir durumdadır.

Təbii ki, son söz Ali Baş Komandanındır. O Ali Baş komandanın ki,  apardığı siyasətin, ölkədə sabitliyin qorunmasında göstərdiyi fədəkarlığın, ölkənin iqtisadi inkişafında əldə olunan nəaliyyətlərin və ən əsası da ordu quruculuğundakı  dəmir iradəsinin nəticəsidir ki, biz bu gün erməni daşnaklarının qarşısına heç bir tərəddüd etmədən çıxmaq cəsarətini özümüzdə buluruq. Və inanırıq ki, bu tarixi qələbəni Ali Baş Komandan Azərbaycan tarixinə qızıl həriflərlə şəxsən yazacaqdır.

Məncə, müstəqillikdən sonra ikinci ən böyük şərəf tariximiz də elə bu olacaqdır. Çünki, bu tarix həm də biz nəsilin namus və şərəf  borcudur. Biz bunu etməliyik. O torpaqlar babalarımızdan bizə qalan mirasdır. Eyni zamanda  bizim də gələcək nəsillərə çatdıracağımız  əmanətimizdir. 

Tanrı yardımçımız olsun.

 

22.11.2018-ci il,

Bakı.




Ana səhifəyə qayıt        Baxış: 1 115          Tarix: 22-11-2018, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma