Xəbər lenti

 

 

İşğalçı Ermənistan Respublikasında strateji əhəmiyyət kəsb edən 47 müəssisə satışa çıxarılıb. Xəbər özü-özlüyündə elə də maraq kəsb etmir, lakin son zamanlar işğalçı ölkədə baş verən olayları bir araya toplasaq, ortaya tamamilə fərqli mənzərə ortaya çıxır.

Olay 1

Parlament seçkilərindən sonra formalaşan işğalçı ölkənin baş nazirinin qarşısına ciddi tapşırıq qoyulmuşdu. Xarici maliyyə yardımlarından məhrum olan işğalçı ölkəyə bütün mümkün vasitələrdən istifadə etməklə investisiya cəlb etmək tapşırığı baş nazir Karapetyanın ümdə vəzifəsidir. Karapetyanın bu posta təyinatından sonra keçirmiş olduğu görüşlərin hamısında bu məsələ vurğulanmış və bu görüşlərin böyük əksəriyyəti investorlarla olmuşdur.

İş orasındadır ki, Karapetyan ölkəsinə investisiya qoyulması üçün əsasən Rusiyada fəaliyyət göstərən və Rusiya FTX-nin nəzarətində olan iş adamları ilə görüşür. Rusiyada fəaliyyət göstərən erməni "iş adamlarının" əksəriyyəti cinayət aləminin kriminal avtoritetləridir. Karen Karapetyanın işğalçı Ermənistana investisiya klubunun üzvlərindən biri Rusiya kriminal aləminin nümayəndələrindən olan Ruben Tatulyandır (ləqəbi "Robson").

Üstəlik, "Robson" bu yaxınlarda Çexiyada kriminal avtoritetlərin "sxodkası" zamanı çex polisləri tərəfindən saxlanılarkən, Ermənistanın diplomatik pasportunu təqdim edib. Təqdim edilən pasportun saxta olmadığı dəqiqləşdirildikdən sonra çex polisi Tatulyanı sərbəst buraxıb. Ermənistan Respublikası Azərbaycan torpaqlarını işğal etdiyi üçün işğalçı ölkə adını qazanmaqla yanaşı, cinayətkar aləmin "avtoritetlərini" diplomatik pasportla təmin etdiyi və onların xidmətlərindən yararlandığı üçün həm də cinayətkar ölkədir.

Olay 2

Məlumdur ki, işğalçı Ermənistan ciddi miqrasiya problemi yaşayır. Hər il işğalçı ölkəni 100 min insan tərk edir. 2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibədən sonra Ermənistanı birdəfəlik tərk edən ermənilərin sayı kəskin artıb. 2017-ci ilin yanvarından may ayına kimi olan rəsmi statistikaya görə, Ermənistanı birdəfəlik tərk edən ermənilərin sayı keçən ilin anoloji dovrü ilə müqayisədə 30% çoxdur. 2017-ci ilin statistikasına görə, Ermənistan orta məktəblərini bitirən şagird sayi 19618 nəfər olacaq. Bu rəqəm keçən ilkindən 2451 nəfər azdır. 2016-cı ildə orta məktəbləri bitirən məzun sayı 20069 nəfər idi. Müqayisə üçün qeyd edim ki, bu rəqəm Bakı şəhərinin orta məktəblərinin 11-ci sinif məzunlarının sayından azdır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanla yaranmış sonu görünməyən müharibə vəziyyəti, ölkə iqtisadiyyatının hakim klanın əlində toplanması və bunun nəticəsində əlverişli biznes mühitin olmaması, təhsilini başa vurduqdan sonra erməni gənclərinin özlərini cəmiyyətdə realizə edə bilməməsi və s. səbəblər Ermənistanda miqrasiyanın başlıca səbəblərindəndir. Miqrasiya problemi olan ölkədə hər hansı inkişafdan danışmaq isə səfehlikdən başqa bir şey deyil.

Olay 3

Keçən il işğalçı Ermənistan Respublikasının müdafiə naziri, Xocalı soyqırımınən təşkilatçılarından biri Seyran Ohanyanın Rusiyada əldə etmiş olduğu razılığa əsasən bu il Rusiya Ermənistana 10 il müddətinə  kredit şərtləri ilə 200 milyon dollarlıq silah satmağa başlayıb. Ermənistan iqtisadiyyatı xarici maliyyə transferlər hesabina ayaqda duran 15 ölkədən biridir. Belə olan halda Ermənistanın almış olduğu silahların pulunu hansı gəlirlər hesabına qaytaracağı müəmmalıdır. Bu arada onu da qeyd edək ki, qərbdə yaşayan erməni icmaları mövcud Sarkisyan hakimiyyətində olan Ermənistana yardım etmək həvəsində deyillər. Bundan başqa, ABŞ "Azadlığa dəstək aktı" çərçivəsində Ermənistana hər il ayırdığı yardımın həcmini bu il 67%  azalmaq haqda konqressə layihə təqdim edib. Ermənistanı yaxın illərdə nələr gözlədiyi tapmaca deyil.

Nəticə

Yuxarıda qeyd olunan olayları nəzərə alsaq, əminliklə deyə bilərik ki, Rusiya Ermənistanı bütün varlığı ilə satın alır. Satışa çıxarılan 47 strateji əhəmiyyətli dövlət müəssisəsinin hansı ki, Ermənistan höküməti bu satışdan 36 milyard dram (75 milyon dollar) gəlir götürəcəyini proqnozlaşdırır, yaxın gələcəkdə Rusiya mənşəli iş adamları tərəfindən alınacağının şahidi olacağıq.

Nəriman Qarayev

Xüsusi olaraq Ovqat.com üçün




Ana səhifəyə qayıt        Baxış: 1 273          Tarix: 27-05-2017, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma