Ermənistan Baş naziri Nikol Paşinyan da struktur islahatlarına start verib. Ermənistanda ləğv ediləcəyi gözlənilən ilk strukturun Diaspor Nazirliyi olacağı bildirilir.
Ovqat.com erməni mətbu orqanlarına istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuata açıqlamasında bu niyyətini ortaya qoymuş və xaricdəki erməni lobbisinin qınağı ilə qarşılaşmışdı.
Belə ki, Paşinyan nazirliklərin sayınə azaltmağı planlaşdırdığını bildirərək, yeni hökumət strukturunda, böyük ehtimalla Diaspor Nazirliyi olmayacağını demişdi: “Hazırda müzakirə mərhələsindəyik. Ən mühüm vəzifəmiz diaspor ilə münasibətlər də daxil, daha təsirli idarəetmə sistemi qurmaqdır. Bu mənada Nazirliyin ləğvi Diaspor ilə əlaqələrimizi təsirsiz hala gətirmək mənasına gəlmir"-Paşinyan belə demişdi.
Məlumata görə, bu açıqlamadan sonra paytaxt İrəvanda və xaricdə Paşinyana qarşı etirazları keçirilmişdi. Xüsusilə erməni lobbisinin sərt şəkildə tənqid etdiyi qərara bir etiraz da ruhani liderlərdən gəlib.
Kilikiya Böyük Evinin Katolikosu I Aram Baş nazirə məktub yazaraq, Diaspor Nazirliyinin fəaliyyətini bəyəndiyini bildirib və deyib: "Diasporun bu nazirliyinə ehtiyacı var".
Paşinyanın qərarına erməni jurnalistlər də laqeyd qalmayıblar. Onlar "Baş Nazir Nikol Paşinyana Açıq Məktub" başlığı ilə məktub yayımlayaraq qarşı çıxıblar. Jurnalistlərin birgə imzası ilə dərc olunan məktubda Diaspor Nazirliyinin bağlanma ehtimalının onlarda şok yaratdığı etiraf olunub.
Eksprtlər isə Paşinyanın bu qərarının gəlişigözəl verilmədiyi qənaətindədirlər. Onların fikrincə, erməni diasporu bu nazirlik vasitəsilə ölkəni basqı altında saxlayırdı. İddialara görə, 20008-ci ildə yaradılan nazirlik Ermənistanın daha müstəqil ölkə olmasına deyil, asılı dövlətə çevrilməsinə xidmət etmişdir. Paşinyanın xalqdan aldığı böyük dəstəklə köhnə sistem partiyalarının, demək olar ki, hamısını parlamentin kənara atması diasporda böyük böhran yaratmışdır.
Görünür, Paşinyan bu təzyiqlərlə müstəqil siyasət yürüdə bilməyəcəyini anladığından nazirliyi tamamilə sıradan çıxarmağa çalışır.
Paylaş: