Bir neçə il bundan əvvələ qədər yol polisi sahəsində yaşanan problemlər, baş verən çoxsaylı özbaşınalıqlar, əksəriyyətin üz-üzə qaldığı xoşagəlməz olaylar və s. zaman-zaman ictimai müzakirələrə səbəb olurdu. Hətta elə hallar olurdu ki, yol polisi əməkdaşlarının atdıqları addımlar hər kəs tərəfindən qınaq obyektinə də çevrilirdi. Müzakirə olunan məsələlərin kökündə bir çox amillər dururdu ki, həmin amillərin içərisində yol polisi əməkdaşlarının sürücülərdən əlavə rüşvət tələbetmələri, heç bir əsas olmadan onları incitmələri, getgələ salmaları, saysız-hesabsız xoşagəlməz olaylarla üz-üzə qoymaları və s. həm hər kəsin müzakirə etdiyi, həm də medianın gündəmini zəbt edən mövzulardan birinə də çevrilirdi. Bütün bunlar bir neçə il bundan əvvələ qədər yol polisinin daxili aləminə o qədər sirayət etmişdi ki, yaşanan problemlərin həlli sanki zərurətə də çevrilmişdi.
Bugünlərdə isə, redaksiyamıza Bərdədə yol polisi əməkdaşının qol qoyduğu qanunsuzluqla bağlı növbəti məlumat çatdırılıb. Belə ki, Yevlax şəhəri, “Qaçqınlar binası” bina-5, mən-27 ünvanda yaşayan Abbasov Ceyhun Əkbər oğlu redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir ki, “30 iyul 2019-cu il tarixdə, saat təqribən 11:00 radələrində idarə etdiyim “Mersedes” markalı, dövlət nömrə nişanı 99-HA-474 olan nəqliyyat vasitəsini, Bərdə RİH-nə gedən yolun kənarında saxladım. Düzdür, həmin yerdə nəqliyyat vasitələrinin saxlanılmasını qadağan edən nişanın qoyulmasına baxmayaraq, məndən başqa bir neçə sürücü də həmin yerdə avtomobilini saxlamışdı. Elə ki, idarə etdiyim avtomobilimi saxlayıb bir az kənara çəkildim, o halda dövlət nömrə nişanı 99-YP-541 olan nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşı məni saxladı və “Bu yerdə avtomobil saxlamaq qadağandır, ona görə də 20AZN pul ver, sənə heç bir cərimə yazmayım” dedikdə, mən ona kəskin etirazımı bildirdim. Hətta, adını tam dəqiqləşdirə bilmədiyim Elsevər adlı yol polisi əməkdaşına bildirdim ki, axı, bu yerdə məndən başqa digər sürücülər də avtomobillərini saxlayıblar. Bəs həmin sürücülərə niyə cərimə yazmırsan deyə sual etdikdə, “onu mənim özüm bilərəm” cavabını eşitməli oldum.
Onu da bildirim ki, yol polisi əməkdaşına nə qədər israr etsəm də, o, özünü heç bir halda təqdim etmədi. Hətta, onu da müəyyənləşdirə bildim ki, sən demə Bərdə yol polisinin əməkdaşları avtomobillərin qadağan olunduğu yerlərdə nəqliyyat vasitəsini saxlayan sürücülərdən hansını tanıyırsa həmin sürücüyə heç bir cərimə protokolu tətbiq etmir, kimi tanımırsa, o halda həmin sürücüyə nəinki protokol yazır, hətta həmin süerücüdən əlavə rüşvət də tələb edir. Az sonra yol polisi əməkdaşına sənin belə bir cavabınla, məndən rüşvət tələb etməyinlə bağlı rəhbərliyinizə müraciət edəcəyəm dedikdə, yol polisi əməkdaşı “istəyirsən get Allaha şikayət et, mən bir kimsəni saya salmıram” deməlklə, sanki özünü olduqca arxayın şəkildə apardı. Artıq bu o deməkdir ki, Bərdənin yol polisində Qanun şah deyil, şah qanundur prinsipi ilə idarəçilik həyata keçirilir.
yaxi Yaxin sattlarda şikayyətcinin VIDEO cəklisini oxuculara təqdim edəcəyik Mövzu diqqətimizdədir.(Sizinxeber.com)
Paylaş: