Xəbər lenti

 

Rusiyanın şimalındakı bir hərbi bazada keçən ay baş verən partlayışdan sonra aparılan araşdırmaların ilkin nəticələri açıqlanıb.

Ovqat.com xəbər verir ki, araşdırmanın nəticələri xeyli qorxuncdur və bəzi mütəxəssislərin fikrincə, Rusiyada ikinci Çernobıl hadisəsi yaşanıb.

Rusiya rəsmilərinin bölgədə apardıqları araşdırmaların nəticələri də bu qorxunc iddiaları təsdiqləyir.

Araçdırmaların ilkin nəticələrinə görə, hadisə yerində radioaktiv izotoplara rast gəlinib. Həmin radioaktiv izotopların strontium, barium və lanthanum olduğu bildirilir.

Məlumatlara görə, radisiya sızıntısı ilə müşayiət olunan partlayış Rusiyanın Arxangelski vilayətinin Severodvinsk şəhərindəki bir hərbi hissədə yaşanıb. Partlayışdan sonra ərazidə radiasiyalı bulud meydana gəlib. Bölgədəki radiasiya səviyyəsinin qısa bir müddət üçün yüksəldiyi və təkrar normala döndüyü bildirilir.

Bəs, bu ehtimal doğrularsa, nələr yaşana bilər?

Bu suala cavab tapmaq üçün Çernobıl hadisəsinin ağır nəticələri barədə çəkilmiş aşağıdakı videonu izləyə bilərsiniz:




Ana səhifəyə qayıt        Baxış: 944          Tarix: 26-08-2019, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma