13 il aradan sonra İsrail-Livan müharibəsi başlamaq üzrədir.
Ovqat.com xəbər verir ki, artıq iki dövlət arasında atışmalar başlayıb.
İsrail Livandan İsrailə tank əleyhinə silahla atəş edildiyini bildirib. İsrail ordusu isə Livanın cənubunu raket zərbələri ilə vurub. Hücumlar nəticəsində itki olub olmadığı barədə heç bir məlumat vermir.
İsrail mediası Livan sərhəddinin 4 kilometrliyində bütün sığınacaqların istifadəyə açıldığını və xalqın evlərindən kənara çıxmamağa çağırıldığını xəbər verib.
Livanın polis mənbələri də ölkənin cənubundakı Marun ər-Ras bölgəsindən İsrailə orta səviyyəli minaatan hücumu təşkil edildiyini təsdiqləyib.
Qeyd edək ki, son hərbi gərginlik avqustun 25-də Hizbullahıb qalası kimi tanınan Beyrutun cənub məhəllələrində iki İsrail pilotsuz təyyarəsinin vurulması ilə başlayıb. Hizbullah baş katibi Həsən Nəsrullah hadisəni bu cür əsaslandırıb:
"Beyrutun cənubundakı bir yeri hədəf alan kamikaze tipli pilotsiz təyyarə hücum oldu. Bu, düşmənin 14 avqust 2006-cı ildən bəri həyata keçirdiyi ilk hərbi əməliyyatdır".
Livanın şərqindəki Beka bölgəsindəki Fələstin Xalq Qurtuluşu Cəbhəsi Baş Komandanlığının mövqelərinə də avqustun 26-da gecə üç hava zərbəsi endirilmişdi.
Paylaş: