Xəbər lenti

  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti NATO sammitinin İstanbulda keçirilməsi təklifi aralarında Almaniya, Fransa, Hollandiya, Danimarkanın da olduğu bir çox NATO ölkəsi tərəfindən rədd edilib.

Ovqat.com xəbər verir ki, Almaniyanın “Die Welt” qəzet bu məlumatı yayıb.

Qəzetin NATO qaynaqlarına söykənərək verdiyi məlumata görə, xəbərində həmin ölkələr öz mövqelərini bu cür izah ediblər: "Sammiti Türkiyədə keçirməklə bu ölkənin beynəlxalq eranadakı etibarını artırması və Ankaranın daxili siyasətinə dəstək verilməsi təəssüratını yaratmaq istəmirik".

Xəbərdə həmçinin o da bildirilir ki, əslində rəsmi qərar olmasa belə, NATO-nun növbəti sammitinin əvvəlcə İstanbulda keçirilməsi planlaşdırılıbmış. Amma daha sonra bu fikirdən vaz keçilib. Bununla belə, plan ABŞ prezidenti Donald Trampın ilk dəfə qatıldığı  25 May 2017-ci il tarixli NATO-nun liderlər sammitində yenidən gündəmə gətirilib.

Sammitin Türkiyədə edilməsini istəməyən ölkələr növbəti görüş yeri kimi yenidən Brüsseli təklif ediblər. NATO qaynaqları bu təklifin 18 Qərbi Avropa ölkəsi və Kanada tərəfindən dəstəkləndiyini bildirib. Xəbərə görə, Belçika da 2018-ci ildəki liderlər sammitinə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

“Die Welt” 2018-ci ilin yaz aylarında keçirilməsi planlaşdırılan sammit üçün son qərarın iyun ayında keçiriləcək müdafiə nazirləri toplantısında veriləcəyinin gözlənildiyini  yazıb.




Ana səhifəyə qayıt        Baxış: 1 794          Tarix: 31-05-2017, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma