Xəbər lenti

 

ABŞ Əfqanıstana əlavə 3 min əsgər göndərə bilər.

Ovqat.com xəbər verir ki, məlumatı “Vashington Post” qəzeti yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti və Pentaqon artıq ölkə rəhbərinə bu təklifi verib. Donald Trampın da təklifə isti baxdığı iddia olunur. Təklifin may ayının 25-də keçirilməsi güman olunan növbəti NATO sammitindən əvvəl qəbul ediləcəyi bildirilir.

Trampın verəcəyi qərar Əfqanıstanda tamamilə yeni bir dövr başlada bilər. Nədən ki, onun sələfi Barak Obama Əfqanıstandakı ABŞ qüvvələrini  mərhələli şəkildə geri çəkmişdi. Bununla belə, Əfqanıstanda hazırda 8 min 400 ABŞ əsgərinin mövcud olduğu məlumat verilir.

“Vaşington Post” növbəti NATO sammitində ABŞ-ın digər müttəfiqlərdən də əsgər tələb edəcəyini yazıb. Beynəlxalq koalisiya üzvlərindən tələb ediləcək əsgər sayının 5 minə çıxa biləcəyi iddia olunur.

Qeyd edək ki, Əfqanıstandakı Amerika əsgəri birliklərinin komandiri general Con Nikolson bir neçə min əsgərə daha ehtiyacları olduğunu demişdi.

Mütəxəssislərin fikrincə, ABŞ Əfqanıstandakı hərbi qüvvələrini təcili artırmasa, Taliban qüvvələri bir neçə ay ərzində bu ölkəni tamamilə ələ keçirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 140          Tarix: 9-05-2017, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma