Xəbər lenti

 

Bir neçə gün əvvəl SOCAR-ın Mühafizə Xidmətinin əməkdaşları ilə Qarabağ qaziləri arasında insident baş vermişdi. İnsidentlə bağlı məlumat yayan SOCAR bu məsələdə Qarabağ qazilərini günahlandırmış, onların qaz və neft kəmərlərinin təhlükəsizlik xəttində qanunsuz ev inşa etmələrinin qarşısının alındığını vurğulamışdı. Maraqlıdır ki, Bakı şəhər Baş Polis İdarəsi də SOCAR-ın bu açıqlamasını dəstəkləyən məlumat yaymışdır.

Ovqat.com xəbər verir ki, bənzər hadisə bu gün Binəqədi rayon ərazisində yaşanıb.

Ötən günlərdəkindən fərqli olaraq, bu dəfə SOCAR əməkdaşları ilə qazilər arasında baş verən savaş jurnalistlərin gözündən və kameralarından yayınmayıb.

İnsidentlə bağlı “Hürriyyət” qəzetinin yazıb ki, Bu dəqiqələrdə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ qaziləri ilə polis və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında insident yaşanıb.

Bu barədə qəzetə verilən məlumata görə, baş vermiş kütləvi dava nəticəsində həm qazilərdən, həm polis, həm də SOCAR əməkdaşlarından müxtəlif dərəcəli bədən xəsarətləri alanlar var.

"Bu dəfəki insident sentyabrın 29-da baş verən hadisədən daha ağırdır. Belə ki, tərəflər arasında yaşanan dava-dalaş bir neçə şəxsin yaralanmasına səbəb olub. Hazırda burda qan su yerinə axır. Hələlik tərəfləri sakitləşdirmək mümkün deyil", deyə məlumatda qeyd olunur.

Əldə etdiyimiz son məlumatlarda isə deyilir ki, SOCAR əməkdaşları və iri cüssəli, idmançı görkəmli şəxslərdən ibarət "qoçu" dəstəsi sözügedən ərazidəki körpünün yanında pusquda durub Qarabağ qazilərini gözləyiblər. Qeyd olunur ki, qazilərə məxsus "NAZ-Lifan" markalı avtomobillər körpünün yanına çatdıqda SOCAR əməkdaşları "qoçu" dəstəsi ilə birlikdə onlara hücum edib, əllərindəki küt alətlərlə  qaziləri al-qana qərq ediblər.

Nəzərinizə çatdıraq ki, yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə, həm də indisentlə bağlı foto görüntülər yaymağa çalışacağıq.

Media qurumları arasında insidenti lentə alanlar da tapılıb. “Kanal 13”-ün hadisə yerindən video-reportajını təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 30-09-2019, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma