Xəbər lenti

 

Dünən Nizami rayonu, Mehdi Abbasov küçəsi, 6A saylı binanın qanunsuz sökülmək istənilməsi ilə əlaqədar yazı yaz paylaşmışdıq. Yazıda qeyd olunurdu ki, “Vesta Construction” adlı bir şirkət sakinlərin etirazlarına rəğmən, həmin binanı sökmək istəyir. Bununla əlaqədar bir sıra dövlət orqanlarına şikayət edən bina sakinləri öz istəklərinə nail ola bilməmiş, çarəsizlikdən bizə üz tutmuşdular. Saytımızın şikayətləri ictimailəşdirməsi və köməkliyi nəticəsində sakinlər Nizami rayon İcra başçısının qəbulunda olmuşdular. İcra Başçısı onlara binalarının plana düşmədiyi barədə məlumat versə də, “Vesta Construction” şirkəti hələ də öz iddiasından əl çəkmək istəmir.

Ovqat.com-un növbəti dəfə məsələni ictimai müzakirəyə təqdimatından dərhal sonra, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin binaya gediblər.

Sakinlərin bildirdiyinə görə, FHN-nin əməkdaşlarını rayon İcra başçısı Arif Qasımov da müşayyiət edib. Rəsmilərin sakinləri dinləmək, binanın qəzalı vəziyyətdə olub-olmamasını, “Vesta Construction”-un fəaliyyətini araşdırmaq məqsədilə hadisə yerinə təşrif buyurduqları xəbər verilir. Sakinlərin böyük qismi işdə olduğundan rəsmilərin hər kəslə görüşə bilmədiyi və bir də gələn həftənin ilk günü onların ziyarətinə gələcəkləri vurğulanır.

Ovqat.com adından qaldırdığımız bu məsələyə dövlət qurumlarımızın dərhal reaksiya verməsini böyük minnətdarlıq hissilə təqdir edir və məsələni diqqətimizdə saxlayacağımızı bildiririk. Bəyan edirik ki, bu cür özbaşınalıqların qarşısının alınmasında istənilən dövlət qurumuna informasiya dəstəyi verməyə hazırıq.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 692          Tarix: 3-10-2019, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma