Nizami rayonu İcra Başçısı Arif Qasımov həmin rayonun Mehdi Abbasov küçəsi, 6A saylı binasında yaşayan bir qrup sakini qəbul edib.
Ovqat.com-a bu məlumatı sakinlər verib.
Bildirildiyinə görə, evlərini zorla sökməyə çalışan “Vesta Construction” MMC-dən şikayət edən sakinləri dinləyən İcra Başçısı tikinti şirkətinin belə bir hüququnun olmadığını, həmin binanın sökülməsi nəzərdə tutulan tikililər siyahısına düşmədiyini deyib.
Əgər şirkət bir daha sakinləri narahat edərsə, dərhal İcra Hakimiyyətinə və polis orqanlarına məlumat verilməsini məsləhət bilən İcra Başçısı Nizami rayonunda kimliyindən asılı olmayaraq qanunları pozan hər kəsin ağır şəkildə cəzlandırılacağını nəzərə çatdırıb.
Aldığımız məlumata görə, sakinlər “Vesta Construction” şirkətindən hüquq-mühafizə orqanlarına şikayətə hazırlaşırlar.
Paylaş: