Xəbər lenti
Dünən, 19:25

 

“Rusiya böyük maliyyə imkanlarına malik olmadığı halda yenidən dünya gücünə çevrilib”.

Ovqat.com xəbər verir ki, bunu Fransanın keçmiş Moskva səfiri, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Jan de Gliniasti “Le Figaro” qəzetinə verdiyi müsahibədə etiraf edib.

Fransız strateq bunun sirrini Moskvanın diplomatik qabiliyyəti ilə əsaslandırıb: “Rusiya dünya gücünə çevrilmə yolundakı bütün çatışmazlıqlarını diplomatik ağlıyla kompensasiya etməyi bacarır. Onun uğurunun sirri hər kəslə danışma və razılaşma bacarığındadır”.

Suriyada qarşıdurmaların dayanmasının amerikanların yox, rusların sayəsində baş tutduğunu vurğulayan fransız diplomat Soçidə əldə olunan Rusiya-Türkiyə anlaşmasının Suriya sərhədlərini faktiki olaraq müharibə öncəsi vəziyyətə gətirdiyinə inanır.

 De Gliniastiye görə, Avropa, xüsusilə Fransa regionda vəziyyətə nəzarəti itirib və Yaxın Şərqi uzun müddətə tərketmə riski ilə qarşı-qarşıya qalıb.

Müsahibəsində Soçidə keçirilən Afrika zirvəsi və Moskva ilə Afrika ölkələri arasındakı münasibətlərə toxunan diplomat Rusiyanın çar dövründən bəri regionla əlaqələrini inkişaf etdirdiyini və Sovet İttifaqı dövründə afrikalıların özlərini müstəmləkəçilikdən qurtulmasına köməkçi olduğunu deyib.

 De Gliniastiyə görə Rusiyanın xarici siyasətdə dünya gücü kimi ortaya çıxmasının diplomatik bacarıqdan başqa digər iki önəmli dayağı var: bunlardan biri onun yumşaq gücü, digəri isə təhlükəsizlik sahəsində qazandığı təcrübə və potensialıdır.




Ana səhifəyə qayıt        Baxış: 590          Tarix: 26-10-2019, 07:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma