Xəbər lenti

 

Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev ölkə başçısı tərəfindən yeni vəzifəyə təyin edilməsi ilə bağlı ilk açıqlamasını verib.

“Qafqazinfo” xəbər verir ki, S. Nuriyev bu etimada görə dövlət başçısına təşəkkür edib:

"Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 1-11-2019, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma