![](/templates/Wmediat51/images/vetendash.jpg)
Bir yazıya görə məni söyürlər. Daha doğrusu, söydürürlər. Hətta “istimaiyyət”lə görüşlərdə belə əsgəri nizam-intizamı gözləyən “kiçik torpaq”da muxtar iradənin icazəsi olmadan bu söyüş kampaniyasına qoşulmağa heç kimin cürətinin çatmayacağı hər kəsə bəllidir. Bu yazının müəllifinə də həmçinin. Ona görə də “məni söydürürlər” deyirəm.
https://www.facebook.com/informasiyapor…/…/1143098799223134…
Amma nə edək, hər kəsin səviyyəsi öz dilinin altındadır. Füzuli demişkən, “Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Sözü qədər miqdarı olanlar mənə yazdıqları və yazdırdıqları həqarət dolu mesajlarla öz kimliklərini ortaya qoyurlarsa, buna tutacağım heç bir irad ola bilməz. Buyursunlar, nə qədər bacarırlar, bütün iyrənc simalarını ortaya qoysunlar. Mənim o həqarətlərə verəcəyim cavab isə öz miqdarımda olacaq.
O ki qaldı məni söymələrinin və söydürmələrinin səbəbinə, yeganə günahım var: Necə göründüklərini əyani şəkildə özlərinə göstərməyimdir. Yəni klassik sözlə desək, mən sadəcə ayna rolunu oynamışam və özlərinə çəki-düzən vermələrinə şərait yaratmışam. Onlar isə “meymun baxar güzgüyə, adını qoyar özgəyə misali” aynaya tüpürürlər. Amma anlamırlar ki, tüpürdükləri əslində aynadakı öz simalarıdır.
Naxçıvan rəhbərliyinin iradəsindən kənar və ya daxilində bir yazıya bu cür tərbiyəsiz cavab verənlər başa düşməlidirlər ki, söyüşlə döyüş qazanılmaz və adətən, zəiflər söyüş silahına sarılarlar. Muxtar Respublikanın isə polemika mədəniyyətinə malik kifayət qədər ziyalı kütləsi var. Yazımıza söyüş kampaniyası ilə cavab verilməsindən isə bir daha anlaşılır ki, Muxtar Respublikada qabağa çəkilənlər dəyərli ziyalılar yox, ədəbi yerində olmayanlardır. Bax, bizim yazılarımızda vurğulamağa çalışdığımız da məhz budur. Qəribədir ki, yazımıza qarşı bu kampaniyanı təşkil edənlər Muxtar iradənin onsuz da mövcud olan bu imicini möhkəmləndirirlər. Ümidvarıq ki, Cənab Sədr kadr islahatları apararaq, Naxçıvanı çirkin göstərən bu simaları ətrafından uzaqlaşdıracaq və “kiçik torpağ”ın həqiqi görünüşünü özünə qaytaracaq.
Əziz oxucular, mən Naxçıvan reallığını əks etdirən bir şəkilin Şimali Koreya mənzərəsinə bənzədiyini yazmışam. Muxtar iradənin acığına gələn də elə bu bənzətmə olub. “El gözü tərəzidir”, deyirlər. Mən həm Şimali Koreyadan, həm də Muxtar Respublikadan çəkilən şəkilləri sizin ixtiyarınıza buraxmaq istəyirəm. Qərarı siz verin. Hansı şəkildəkilər daha xoşbəxt və sərbəst görünürlər - Muxtar Respublika əhalisi, yoxsa Şimali Koreya xalqı? Bu qədər xoşbəxtlik fərqi ortadaykən, mənim bu bənzətməm Muxtar Respublikanı aşağılamaqdır, yoxsa böyütmək, mübaliğə etmək?
Buyurun, şəkillərə diqqətlə baxıb özünüz nəticə çıxarın!
Bu Şimali Koreyadır
Bu isə Naxçıvan Muxtar Respublikası
Bu da Şimalı Koreyadır
Bu da Naxçıvan MR
Kimdir haqsız - Mən, yoxsa Naxçıvanı bu cür təqdim edənlər?!
Paylaş: