Xəbər lenti

  

 

I vitse-prezident Mehriban Əliyevanın Moskva səfərindən sonra bütün diqqətlər hakimiyyət pramidasının ən yüksək nöqtəsinə dikilmişdi. Nədən ki, əksər siyasi xadimlər Moskva görüşünün adi səfər olmadığı qənaətində idilər. Hətta ADP sədri Sərdar Cəlaloğlu açıqlama verərək, I vitse-prezidentin Moskvada ölkə başçısı kimi qəbul edildiyini bildirir, növbəti parlament seçkilərinə qədər hakimiyyətin zərif iradəyə təslim olunacağını proqnozlaşdırırdı.

Deyəsən, ADP liderinin bu proqnozunun doğrulması özünü çox gözlətməyəcək. YAP-ın yuxarı eşalonundan Ovqat.com-a daxil olan məlumata görə, Azərbaycanın siyasi gələcəyi bu gün müəyyənləşə bilər.

 

Bildirildiyinə görə, bu gün günorta saatlarında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək. Mətbuat konfransının təcili xarakter daşıdığı və önəmli qərarların açıqlanacağı gözlənilir.

Məlumatı bizə sızdıran mənbə mətbuat konfransında YAP-ın qurultaya gedəcəyinin və Mehriban xanımın partiya sədri kimi namizədliyinin dəstəklənəcəyini də istisna etmədi.

 

Maraqlıdır ki, bu gün YAP-ın Siyasi Şurası da təcili iclasa çağırılıb. O da istisna olunmur ki, Əli Əhmədovun keçirəcəyi mətbuat konfransı da elə Siyasi Şuranın iclasının yekunlarını xalqa çatdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, Mehriban Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.




Ana səhifəyə qayıt        Baxış: 3 881          Tarix: 28-11-2019, 11:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma