Xəbər lenti

  

Deputat Əli Həsənovun niyə adını çəkmədiyinə də aydınlıq gətirdi: “Ona görə yox ki, ondan çəkinirəm”


Görünür, Mətləb Mütəllimli KİV-i izləmir. Əks halda o, mənim KİVDF barədə kəskin fikirlərimi hələ Əli Həsənov vəzifədəykən səsləndirdiyimi bilərdi”.

“Ana Vətən” partiyasının sədri, deputat Fəzail Ağamalı Ovqat.com-a açıqlamasında belə deyib.

Millət vəkili qeyd edib ki, bu barədə fikirlərini hələ oktyabr ayında həm də daha kəskin, təfsilatlı və arqumentli şəkildə “Ayna” qəzetində dilə gətirib: “Redaksiya.az saytına müsahibəmdə isə mən jurnalistin ünvanladığı suala cavab vermişəm. Məqsədim yıxılana balta vurmaq olmayıb, sadəcə sualla bağlı fikirlərimi düşündüklərimi, müşahidələrimi malalamadan səsləndirmişəm. Demişəm ki, Prezidentin jurnalistlərə ayırdığı yardımların bölünməsində və ünvanına çatdırılmasında kifayət qədər haqsızlıqlar, ədalətsizliklər var, şəffaflıq yoxdur və s”.

Fəzail bəy xatırlatdı ki, bir neçə ay bundan əvvəl də eyni fikirləri bir başqa mətbuat orqanında dilə gətirmiş və haqlı mövqeyi süngü ilə qarşılanmışdı: Mən bundan əvvəlki çıxışımda da səsləndirmişdim ki, bütün sahələrdə olduğu kimi, KİVDF-də də islahatlar aparılmalıdır. Bu barədə söylədiyim 5 cümləlik fikrimlə əlaqədar isə 5 böyük həcmli yazılar yazıldı. Mən də məcbur olub mətbuatın bu hücumlarda söykəndiyi arqumentlərə cavab verən məqalə yazdım və məqaləm “Ayna” qəzetində dərc olundu. Bu yazımdan sonra susdular”.

Deputatın Əli Həsənovun trol dəstəsini susduran yazısı: Fəzail Ağamalı: “Vüqar Səfərli, sən kimsən ki, Prezidentin xidmətlərini öz adına çıxırsan?!”

Nə bir neçə ay bundan əvvəl, nə də indi səsləndirdiyi fikirlərində Əli Həsənovun adını çəkmədiyini bildirən Fəzail Ağamalı bunun səbəbinə də aydınlıq gətirdi: “Ona görə yox ki, mən ondan çəkinirəm və ya qarşısında başqaları kimi gözükölgəliyim var. Ona görə adını çəkmirəm ki, əvvəla, mənim davam fərdlər deyil, prinsiplərdir. İkincisi isə, mənim uzun illər boyu Əli Həsənovla münasibətlərim olub. Mənim söykəndiyim dəyərlər var. Məhz bu dəyərləri nəzərə alıb onun adını birbaşa çəkməmişəm, bununla belə, kurasiyasında olan Vüqar Səfərlinin törətmiş olduğu əməllərin üstünə getmişəm. Çünki Vüqar Səfərli və onun çevrəsi Prezidentin jurnalistlərə ayırdığı yardımları öz vərəsəlik mülkü kimi istədiyi şəkildə ora-bura səpələyib”.

İndisə Mətləb Mütəllimlinin oxumadan, araşdırmadan hər hansı fikirlərlə bağlı qərəzli açıqlamalar verməsini qınayan Fəzail Ağamalı qeyd etdi ki, onun aylar öncə qaldırdığı bu məsələ ilə bağlı Əli Həsənov o zaman geniş həcmli yazıyla çıxış edib və özlərinə haqq qazandırıb: “Mətləb Mütəllimlinin isə bu boyda həngamədən xəbəri olmayıb. Mətbuatdan bu qədər xəbərsiz siyasətçi və üstəlik məsləkcə hüquqşünas olan siyasətçi bilmədiyi məsələlərə münasibət bildirməməlidir”.

Fəzail Ağamalı Mətləb Mütəllimli ilə yanaşı bizə də öz iradını bildirdi: “Bir mətbuat orqanı və işçisi olaraq siz də Prezidentin jurnalistikanın inkişafına ayrılan Fonddan ədalətli şəkildə yararlanmayıbsınız. Mən bu fikirləri dilə gətirərkən həm də sizin haqqınızı müdafiə etmişəm. Bəs siz niyə öz hüquqlarınızı müdafiə etmir, edənə də imkan vermirsiniz?”

Açıqlamasının sonunda oktyabr ayında “Ayna” qəzetində dərc olunan məqaləsinin Ovqat.com oxucularının da diqqətinə çatdırmağımızı tələb edən hörmətli millət vəkilinin bu arzusunu yerinə yetirməyə söz veririk. Ondan əvvəl isə Fəzail bəyin nəzərinə Əli Həsənov və KİVDF-nin jurnalistlərə dəstək kampaniyasına həsr etdiyimiz bir şeiri  çatdırmaqda fayda görürük:




Ana səhifəyə qayıt        Baxış: 2 769          Tarix: 16-12-2019, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma