Xəbər lenti

 

General Qasim Süleymaninin qətlə yetirilməsi dolayısıyla İranda rəsmən 3 günlük matəm elan olunmuşdu. Məntiqlə bu ölkədə yaşayan hər kəs bu qərara tabe olmalı, şənlik mərasimlərini, toy-düyünlərini təxirə salmalı idi.

Di gəl ki, bütün məsələlərdə ayrıcalıqlar tanınan ermənilər rəsmi Tehranın bu qərarına da tabe olmayıblar. Ermənilərin mövlud bayramı dünənədək davam edib. Ən maraqlısı budur ki, hər il İranda erməni olimpiadası keçirən Ararat idman klubu keçirdikləri yeni il şənliyinin videosunu yaymaqdan belə çəkinməyib. Dünən keçirildiyi bildirilən həmin video-görüntülər tərəfimizdən endiriləndən dərhal sonra isə onlar Ararat klubunun rəsmi instagram səhifisindən silindi.

Silinən paylaşım

 

Digər maraqlı məqam ondan ibarətdir ki, mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi Müqəddəs Milad bayramı münasibətilə erməniləri təbrik etməyi unutmayıb.

 Yaşadıqları dövlətin ümummilli dərdini bölüşməyən, 3 günlük matəmdə belə keflərindən qalmayan və bir də utanmadan bu şənliklərinin videosunu paylaşan erməni nankorluğunun ifadəsi olan görüntüləri təqdim edirik.

Endirdiyimiz videolar

 




Ana səhifəyə qayıt        Baxış: 2 492          Tarix: 7-01-2020, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma