Xəbər lenti

 

İran Böyük Britaniyanın səfiri Robert Makeyri saxlayıb.

Ovqat.com xəbər verir ki, məlumatı İsrail mərkəzli KAN (Israeli Public Broadcasting Corporation) Agentliyinin diplomatik bölməsinin rəhbəri Amichai Stein twitter səhifəsində

***

Məlumata görə, səfir Əmir Kəbir Universitetinin qarşısındakı etiraz aksiyasının təşkilində günahlanıdırılır. Onu universitetin qarşısında saxlayıblar. O, aksiyaçıların fotosunu çəkirmiş.

 

Şəkildə: Səfirin saxlanılma anı

Bildirilir ki, səfir İran Xarci İşlər Nazirliyin vəsatəti əsasında bir neçə saat sonra azad edilib.

SEPAH-a bağlı mashregnews informasiya agentliyi məlumatı təsdiq edib və səfirin fəaliyyətinin araşdırılacağını bildirib.

Qeyd edək ki, Əmir Kəbir Universiteti ABŞ-ın 1979-cu ildə işğal olunan səfirlik binasının yaxınlığında yerləşir. Səfirlik binası isə hazırda SEPAH-ın Qüds gücü hərbi birləşməsinin mərkəzi ofisi kimi istifadə olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 328          Tarix: 12-01-2020, 01:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma