Xəbər lenti

 

Türk Silahlı Qüvvələrinə məxsus 900-dan çox ağır hərbi texnika dünən gecə Suriyaya daxil olub.

Ovqat.com xəbər verir ki, 2 maşın karvanı halında bölgəyə göndərilən texnikalar arasında özüyeriyən ağır artilleriya silahı howitzers, tank, zirehli maşın daşıyıcıları, inşaat avadanlığı və istehkamqazıcı traktorlar da var

 

Xatırladaq ki, Suriya ordusunun ötən ayın ortalarında hərbi əməliyyatlara başladığı İdlibdə Türkiyəyə məxsus 12 müşahidə postu mövcuddur. Astana və Soşi sammitlərində əldə olunan razılığa əsasən, nəzarəti Türkiyəyə həvalə edilən İdlibdə  müxaliflərin silahsızlaşdırılmamasını bəhanə edən Rusiya və Suriya ordularının birgə başlatdığı əməliyyatda bir həftə əvvəl ciddi insident baş vermişdi. Suriya ordusu bölgədəki Türk əsgərlərini artilleiya atəşinə məruz qoymuş, 8 məhmətçiyi qətlə yetirmişdi. Bunun bədəlinin ağır olacağını söyləyən Ərdoğan isə Dəməşqə öz ordusunu İdlibdən çəkməsi üçün bu ayın sonuna qədər zaman vermişdi. Dəməşq isə möhlətin tamamlanmamasını gözləmədən Ankaraya sərt cavab qaytarmış, əməliyyatlarını davam etdirmişdir. Vəziyyətin getdikcə mürəkkələşə biləcəyini nəzərə alan Türk ordusu da öz növbəsində ağır texnikalarını bölgəyə dislokasiya etmişdir.

 

Suriya və Rusiyanın bu dislokasiyaya nə cür cavab verəcəyi maraq doğurur. Bu addım Türkiyənin Rusiya və Suriya ilə müharibənin bir addımlığında dayandıqlarını göstərir.

 

Qeyd edək ki, İdlib Suriya müxalif güclərinin əldə saxladıqları yeganə vilayətdir. Burada 30-40 civarında silahlı toplaşıb. Bundan əlavə, İdlib Suriyanın müxtəlif yerlərindən qovulan vətəndaşların da pənah gətirdiyi son məntəqədir. Müharibədən əvvəl bu vilayətdə 1.5 milyon insan yaşayırdısa, başqa bəlgələrdən gələnlərin hesabına indi onların sayı 3 dəfə artıb. İdlib tamamilə əldən çıxarsa, bölgədə məskunlaşan 4 milyondan çox suriyalının qaçacağı son məkan Türkiyə olacaq.

 

Daha əvvəl də Türkiyəyə 3.5 milyon suriyalının sığındığını nəzərə alsaq, bu, 7 milyondan çox qaçqın yükünü çəkmək anlamına gəlir. Üstəlik, yeni qaçqınlar arasında onminlərlə radikal ünsürlər də olacaq. Türkiyəni ən çox narahat edən isə hər biri canlı bomba ola biləcək həmin qüvvələrdir. Belə görünür ki, rəsmi Ankara sivil xalq arasında gizlənmiş onminlərlə canlı bombanı Suriya və Rusiya ilə hesablaşmaqdan daha təhlükəli hesab etdiyindən İdlibə girməyə üstünlük verib.

 




Ana səhifəyə qayıt        Baxış: 739          Tarix: 9-02-2020, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma