“Rusiya və Suriya orduları İdlib əməliyyatlarını dayandırmalıdır”.
Ovqat.com xəbər verir ki, bu tələbi NATO-nun Baş katibi Cens Stoltenberq irəli sürüb.
O, açıqlamasında İdlibdə vəziyyətin narahatedici olduğunu bildirib.
Digər bir açıqlama isə Rusiyadan gəlib. Rusiyanın XİN-nin sözçüsü də Serqey Ryabkov da İblibdəki vəziyyətin naratedici olduğunu qeyd edib. O, bunu Rusiya və Suriya ordularına qarşı terror hücumları ilə əlaqələndirib və Türkiyə ilə əldə olunan razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bir başqa maraqlı xəbər Suriyanln şimalından gəlib. Rusiya Tərəfləri Uzlaşdırma Mərkəzinin direktoru Yuri Borenkov Suriyanın şimalında hərbi patrul gəzintisini Türkiyənin iştirakı olmadan reallaşdırdığını bildirib. Onun sözlərinə görə, buna səbəb Türkiyənin yenə də bu patrul missiyasına gəlməməsidir. Artıq 3-cü həftədir ki, Türkiyə Rusiya ilə anlaşdığı bu missiyasına qoşulmur.
Görünən budur ki, Türkiyə Rusiya ilə əlaqələrini tamamilə kəsmək xəttini tutub. Ankaranın NATO tərəfindən açıq şəkildə müdafiə olunması Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa hesablanıb.
Həm daxili, həm də xarici təzyiqlərlə üzləşən Rusiyanın bu şəraitdə hansı addımı atacağı maraq doğurur.
Paylaş: