Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
“Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutan görüşün konkret nəticəsindən danışmaq hələlik tezdir”.
Ovqat.com bildirir ki, bunu Azvision.az-a XİN rəhbərlərinin Cenevrə görüşünü şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
BMTM sədri hesab edir ki, görüşlə bağlı tərəflər daha geniş açıqlamalar verməlidirlər: “Danışıqlar çərçivəsində konkret təkliflər var. Bu təkliflər yenilənmiş Madrid prinsiplərindən irəli gəlir. Prinsiplərin fəlsəfəsi mərhələli şəkildə münaqişəni həll etməkdən ibarətdir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan ermənilər üçün sensasiyalı bəyanat verməyə çalışmışdı. Amma həmin bəyanatda heç bir yenilik yox idi. Yəni birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. O ki qaldı, indiki konkret addımlara, belə qənaətə gəlmək olar ki, Azərbacan və həmsədrlər işğalçı ölkədən ciddi adddımlar atmasını tələb edirlər. Çünki danışıqlar 25 ildən artıqdır ki, davam edir. Hər dəfə müəyyən bir mərhələyə çatırıq, amma nəticə yoxdur. Hazırda irəliləyişin olduğunu düşünmürəm. Sadəcə Ermənistana təzyiqləri müşahidə edirik. Ermənistan tərəfi bir-birinə zidd olan bəyanatlar verir. Təzyiqlərin mahiyyəti də ondan ibarətdir ki, Ermənistan tərəfi konkret təkliflərə öz münasibətini bildirməlidir”.
2019-cu ildə cəbhədə nisbətən sabit şəraitin hökm sürdüyünü qeyd edən F.Şəfiyevin sözlərinə görə, bunu Azərbaycan tərəfi təmin edib: “Bizə deyirdilər ki, danışıqların olması üçün müsbət mühit yaranmalıdır. Biz də bunu təmin etmişik. Amma bu vəziyyət daimi davam edə bilməz. 2020-ci ildə münaqişənin həlli ilə bağlı konkret addımlar atılmasa, Azərbaycan hazırkı şəraitə dair mövqeyini dəyişdirməlidir. Çünki Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan əsgəri yerləşib. Biz onlar üçün şərait yaratmışıq ki, oradakı əhali nisbətən sabit şəraitdə yaşasınlar. Amma irəliləyiş olmayacaqsa, vəziyyət dəyişməlidir. Biz 2020-ci il üçün də müəyyən möhlət veririk, ancaq danışıqlar fayda verməsə, taktikamızı dəyişdirməliyik”.
Qeyd edək ki, 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü keçirilib.
Həmsədrlərin yaydığı bəyanata əsasən, görüşlərdə tərəflər arasında razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, sülhün əsasını təşkil edən prinsiplər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, XİN rəhbərləri həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə razılıq veriblər.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar