Koronovirusun bölgədə İrandan sonra ən çox ziyan vurduğu ölkə Azərbaycan olacaq. Artıq İranla və Gürcüstanla sərhədləri üzünə qapanan Azərbaycanın yeganə çıxışı Rusiya istiqamətindədir.
Ovqat.com xəbər verir ki, bu iddianı ADR Hərəkatının sədri, tanınmış istisadçı alim Qubad İbadoğlu irəli sürüb.
Özünün facebook səhifəsində dünən paylaşdığı statusunda Qubad İbadoğlu bildirib ki, artıq Qazaxıstan qapılarını üzümüzə bağlayıb və Rusiyanın da analoji addımlar atması Azərbaycanın iqtisadiyyatına ağır zərbə vura bilər:
“Belə ki, Qazaxıstan virusun yayılmasının qarşısını almaq üçün İran və Azərbaycandan sərnişin daşıyan gəmilər üçün Aktau və Kuryk limanlarını bağlayıb. Rusiyanın da anoloji addımlar atması transit nəqliyyat dəhlizlərinin kəsişdiyi, eləcə də Novruz bayramı ərəfəsində ən çox turist qəbul etdiyi Azərbaycanın iqtisadiyyatına, istehlak bazarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Görünür ki, yaxın gələcəkdə iqtisadiyyatda problemlər yalnız ucuzlaşan neft qiymətlərinə görə deyil, həm də məhdudlaşan ticarət, turist və nəqliyyat əlaqələrinə görə artacaq. Odur ki, mövcud və gözlənilən çətinlikləri nəzərə alaraq iqtisadiyyatda təxirəsalınmaz tədbirlər proqramı işlənilməlidir”.
Paylaş: