Xəbər lenti

 

Qum şəhərinin Behişt-i Məsumə qəbirsanlığında koronavirusdan ölənlər üçün kütləvi qəbirlər qazılır və dəfndən sonra məzarlar dezinfeksiya edilir.

Ovqat.com xəbər verir ki, məlumatı «Washington Post» qəzeti yayıb.

 

Qəzet iddiasını əsaslandırmaq üçün kosmosdan çəkilmiş foto-şəkillər və video da təqdim edib. Görüntülərdə sıra-sıra düzülmüş qəbirlər əks olunub və onların üzəri ağ rənglə boyanıb. «Washington Post» iddiasına görə, bu rəng, qəbirlərin üzərinə tökülmüş əhəngdir və qazılan qəbrlərin sahəsi o qədər böyükdür ki, onları hətta kosmosdan da rahatlıqla görmək olur. Qəzetin xəbərinə əsasən, epidemiyanın ölkəyə ayaq açmasından bir neçə gün sonra iranlı rəsmilər qəbirsanlıqlarda ölənləri basdırmaq üçün xəndək şəkilli kütləvi qəbirlər qazmağa başlayıblar.

 

 

«Peykdən çəkilmiş fotolar göstərir ki, çoxlu sayda qəbir qazılması prosesi fevralın 21-dən, yəni koronavirusun İranda yayılmasının rəsmən elanından 2 gün sonra başlayıb, sonrakı günlərdə isə daha da şiddətlənib. Təqribən iki həftə ərzində Qumun Behişt-i Məsumə qəbirsanlığında 90 metr uzunluqda iki böyük xəndək qazılıb. Onlar həddən artıq böyük olduğundan, kosmosdan peyk vasitəsilə də görünür», — deyə «Washington Post"un xəbərində vurğulanır.

Qəzet bildirir ki, mütəxəssislərin rəyi, rəsmilərin çıxışları və şahidlərin dediklərindən həmin xəndəklərin Qumda koronavirusdan ölən insanların çox olması səbəbindən qazıldığını göstərir. Epidemiyadan dünyasını dəyişən şəxslərin həmin kütləvi qəbirlərdə dəfn edildiyi iddia olunur.

 

Bildirilir ki, sözügedən qəbirsanlıqda müşahidə edilən əhəng tozlarının qalıqlarının çoxluğu burada kütləvi dəfnlərin həyata keçirildiyindən xəbər verir. Xəbərdə həmçinin bir neçə nəfərin birlikdə dəfni üçün qazılmış quyulara doğru tabut aparan insanları əks etdirən videolar da yerləşdirilib. Həmin videolar Qum sakinləri tərəfindən çəkilib.

Fevralın 28-də çəkilmiş videolardan birində yerli sakin belə qəbirlərdə 80 nəfərin basdırıldığını deyir. Digər Qum sakini martın 3-də çəkdiyi videoda bildirir ki, Behişt-i Məsumə qəbirsanlığının işçilərində biri həmin günə qədər azı 250 nəfərin orada dəfn edildiyini deyib.

  

Coronavirus burial pits so vast they’re visible from space

Sosial şəbəkələrdə İran rəsmilərinin koronavirus qurbanlarının sayını gizlətməyə çalışdığı, müxtəlif mənbələrin təqdim etdikləri sübutların ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu göstəricisi olduğunu göstərir. Maraqlıdır ki, İranın Səhiyyə Nazirliyi Qumda epidemiyaya yoluxanların sayını bildirsə də, son günlər ərzində bu şəhərdə qeydə alınmış ölüm hallarını açıqlamır. Nazirliyin statistikasında ölüm halları yalnız ölkə üzrə təqdim edilir.

 

Qeyd olunmalıdır ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 16-da jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı yeni statistikanı yayıb. O bildirib ki, ötən bir sutka ərzində daha 1053 nəfərin virusa yoluxduğu aşkar edilərək qeydə alınıb: «Təəssüflər olsun ki, dünəndən bu günə qədər daha 129 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə həmin virusdan ölənlərin sayı 853 nəfərə, yoluxanların sayı isə 14 min 991 nəfərə yüksəlib. Həmçinin xoşbəxtlikdən bu günə qədər «Covid-19» virusuna yoluxanlardan 4996  nəfəri sağalaraq, müalicə aldıqları tibb mərkəzlərindən evlərinə buraxılıblar».




Ana səhifəyə qayıt        Baxış: 3 191          Tarix: 16-03-2020, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma