Xəbər lenti
Dünən, 19:25

 

Koronavirusun bioloji silah olduğu barədə mülahizələr getdikcə daha çox etibar qazanır.

Ovqat.com xəbər verir ki, bu dəfə eyni mülahizənin Türkiyənin məşhur jurnalistlərindən olan Sabahattin Önkibar irəli sürüb.

Önkibarın fikrincə, ABŞ Çində keçirilən bir beynəlxalq idman yarışına göndərdiyi casusları vasitəsilə bu bioloji bombanı “partladıb” və məqsəd getdikcə dünyanın super gücü halına gələn ölkəni özünün peykinə çevirməkdir. Virusun Avropa Birliyində yayılmasının da eyni məqsədə qulluq etdiyini deyən Önkibar növbəti qurbanın Rusiya ola biləcəyini düşünür.

Yeri gəlmişkən, Rusiyadan da bu gün ilk koronavirus qurbanı xəbəri gəlib. Reuters-in məlumatına görə, ilk qurban 79 yaşlı qadındır.

Önkibarın olduqca maraqlı iddialarının yer aldığı video-çıxışını təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 4 258          Tarix: 19-03-2020, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma