Xəbər lenti

 

“Azərbaycan Qran Prisinin təşkilatçıları işlərə başlamaqdan, “lazımsız pul xərcləməkdən”sə, yarışı ləğv etməyi üstün tutub”.

Ovqat.com xəbər verir ki, bu məlumatı Fransanın f1only.fr portalı yayıb.

Portalın Formula 1: Bakı lazımsız xərclərdən qaçmaq üçün yarışı ləğv etdi sərlövhəli məqaləsində qeyd olunur ki, Koronavirus epidemiyasının geniş yayıldığı vaxtda Azərbaycan Qran Prisi Formula 1-in bu il təxirə salınan hələlik sonuncu yarışıdır. Bakı halqası düz şəhərin mərkəzində yerləşir və təşkilatçılar yarışın ləğv edilməsilə bağlı qərar vermək üçün çox tərəddüd etməyib. Bununla da onlar əbəs yerə Formula 1 treki inşa etməyərək, lazımsız xərclərdən qaça bilib.

 

Əgər səndən əvvəl hansısa nümunə varsa, işləmək çox asan olur. Çünki sənin dərdini hər kəs anlayır”, - deyə Arif Rəhimov bildirir: “Hesab edirəm ki, heç kəs Avstraliya promouterlərinin üzləşdiyi vəziyyətə düşməməlidir. Mən Endi Vestakota (Avstraliya Qran Prisinin direktoru) görə həqiqətən üzgünəm. Onların yaşadıqları həqiqətən dəhşətdir. Ümumiyyətlə, yarışın son anda ləğv edilməsi bir promouter üçün fəlakətdir”.

Belə bir yarışı keçirmək üçün o qədər səy göstərmək lazımdır ki... Avstraliyada da yarış treki müvəqqətidir. Bu üzdən əminəm ki, onlar halqanı inşa etmək üçün çox zaman xərcləyib, kifayət qədər pul və enerji sərf ediblər. Bütün bunların ardından yarışın son anda ləğv edilməsi əsl fəlakətdir”, - deyə promouter qeyd edib.

A.Rəhimov əmindir ki, bu, həqiqətən də hər bir promouterin anında qarşısını almaq istədiyi haldır: “Əlbəttə ki, bütün yarışları təxirə salmaq, Avstraliya presedentinin olması ümumi vəziyyəti asanlaşdırmır. O, sadəcə, mövqeyinizi həmkarınıza izah etməniz baxımından əhəmiyyətlidir”.

 

Konkret Bakıya gəlincə, Rəhimovun sözlərinə görə, təşkilatçılar yarışın keçirilib-keçirilməməsi haqda qərarın qəbulu üçün mümkün qədər çox vaxt qazanmağa çalışıb. Bununla yanaşı, onlar trekin inşasını da təxirə salıb: “Biz qərarı trası inşa etməyə başlamazdan əvvəl verdik. Çox istəyirdik ki, əbəs yerə xərc çəkməyək. Halqanı tikmək üçün nəzərdə tutduğumuz vəsaiti xərcləsəydik və sonda yarış baş tutmasaydı, bu, bizim üçün əsl fəlakət olardı. Bu üzdən şəhər halqasının inşasının başlama vaxtını martın ortasına təyin etmişdik. Sonradan yarışla bağlı qərarın qəbulu üçün müddəti bir həftə də uzatdıq. Yekun qərarı şəhər halqasının inşasına başlamalı olduğumuz gün verdik. Əks halda, israfçılıq edəcəkdik ki, bu da indiki məqamda heç də ideal variant deyil”.

Beləliklə, 2020-ci ilin Formula 1 mövsümü Kanadada başlamalıdır. Amma orada da təşkilatçılar ehtiyatlıdır. Kanadalılar ləğv edilən növbəti yarışın onlarınkı ola biləcəyini yaxşı anlayır.




Ana səhifəyə qayıt        Baxış: 6 916          Tarix: 29-03-2020, 06:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma