Xəbər lenti
Bu gün, 19:03
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30

Vladimir Putin sistemli şəkildə COVİD-19 testindən keçirilir və indiyədək onda koronavirusa yoluxma halı təsbit olunmayıb.
Ovqat.com xəbər verir ki, bu açıqlama dünən gecə Kreml tərəfindən verilib.

Açıqlama zərurəti Rusiya prezidentinin martın 24-də Moskva vilayətinin Kommunarka qəsəbəsində yerləşən bir tibb mərkəzində baş həkim Denis Protsenko ilə görüşməsindən doğub.
“RİA Novosti”nin məlumatına görə, Denis Protsenkoda koronavirus aşkarlanıb. Bu da istər-istəməz diqqətləri bir həftə əvvəl baş həkimlə görüşən Putinə yönəldib.
Kreml nə qədər Putinin koronavirusa yoluxma ehtimalını rədd etsə də, Rusiya ictimaiyyətindəki narahatlığa son qoyulmayıb. Nədən ki, post-sovet məkanında rəsmi xəbərlər ictimaiyyəti məlumatlandırmağa deyil, əskinə həqiqəti gizlətməyə xidmət edib.

Xatırladaq ki, dünən Rusiyada koronavirusa yoluxma hallarında rekord artım yaşanıb. ÜST-ün məlumatına görə, dünən Rusiyada 501 yoluxma faktı qeydə alınıb. Ümumilikdə 2337 rusiyalının koronavirusa yoluxduğu, onlardan 17-nin öldüyü rəsmən etiraf olunub.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























