Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan acınacaqlı çətinliklər İranın ölümcül koronavirusun öhdəsindən gəlməsini, demək olar ki, mümkünsüz hala gətirib.
ABŞ prezidenti Donald Tramp İrana qarşı ən sərt sanksiyalar tətbiq etməklə humanitar fəlakətə yol açır, çünki bu, COVİD-19 pandemiyasının cövlan etdiyi bir vaxtda adi insanların belə əsas dərmanlardan istifadəsini qeyri-mümkün edir.
Qonşu ölkə koronavirusun ən çox ziyan çəkən ölkələr arasındadır. İranda COVİD-19 virusuna yoluxanların ümumi sayı 41,495 nəfərə, ölənlərin sayı isə 2,757-ə yüksəlib.
İranın səhiyyə naziri Səid Namaki martın 30-da 61 milyondan çox insanın - 51 milyondan çoxunun telefonla yoxlandığını bildirib. Yoxlanışdan keçən şəxslərdən 218 mindən çoxu daha ətraflı müayinə üçün təyin edilmiş və 93,000 nəfər ev şəraitində müalicə almışdır. 21 mindən çox insan xəstəxanaya yerləşdirilmişdir.
Bunlarla yanaşı ABŞ-ın sanksiyaları İran iqtisadiyyatını da zəiflədib. Vaşinqtonla gərginlik yüksək olaraq qalır və hökumət çətin durumdadır.
Buna əlavə olaraq keçən həftə Donald Tramp sanksiyalarını sərtləşdirərək, İranla neft-kimya məhsullarında "əhəmiyyətli əməliyyatlar" etdiyinə görə dünyanın bir sıra şirkətlərini qara siyahıya saldı. ABŞ İranı dəstəkləyənləri hədəfə almaqda davam edir, hətta bu, sadəcə humanitar ticarət və İran xalqına dəstək olsa belə!
Belə bir vəziyyətdə İran əlcək və maskalara lazımlı avadanlıqlar almaq məqsədilə 5 milyard dollarlıq təcili maliyyə yardımı üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib.
ABŞ-ın İrana qarşı sanksiyaları ölkənin koronavirus xəstələrini müalicə etmək səylərini dayandırır və ölümcül virusun yayılmasına səbəb olur. Üstəlik sanksiyalar beynəlxalq maliyyə qurumlarını və bankları İranla münasibətlərdən çəkinməyə vadar edir və Avropa tibb şirkətlərinə koronavirusa qarşı mübarizədə həyati əməiyyətli avadanlıqların satışına qadağa qoyur.
Ağ Ev İrana qarşı sanksiyaların qaldırılmasından imtina edir və hətta onu son həftələrdə bir neçə dəfə sərtləşdirib, bu da İran əhalisinin dərmanlar və tibbi avadanlıqlardan istifadəsini demək olar ki, mümkünsüz edir. Bunu rəsmi Tehran da etiraf edir, ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyaların pandemiya qarşı mübarizəsiyə ciddi şəkildə maneə törətdiyini söyləyir. Bu, həm də digər qonşu ölkələr üçün təhlükəlidir. ABŞ və onun tətbiq etdiyi sanksiyalar İranda və qonşu ölkələrdə koronavirusun sürətlə yayılmasına görə məsuliyyət daşıyır.
Human Rights Watch hesabatları da İranın sanksiyalar üzündən çətin vəziyyətə düşdüyünü təsdiqləyir. Təşkilat keçən il bir hesabatında sanksiyaların "ölkənin humanitar idxal, o cümlədən dərman vasitələri maliyyələşdirmə imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını" yazmışdı.
Tramp administrasiyası "İran xalqına kömək etməyi" və tibbi ləvazimatların çatdırılmasını asanlaşdırmağı təklif etdiyini söyləsə də, təklifin bir çox ağır şərtləri var və idxalçılar hələ də böyük problemlərlə üzləşdiklərini bildirirlər.
Virusun heç bir sərhəd tanımadığı nəzərə alaraq demək olar ki, hədəf təkcə İran deyil. Həm də qonşu ölkələrdə milyonlarla insanın həyatı ciddi risk altındadır. Bir sıra mütəxəssislərin də qeyd etdiyi kimi, sanksiyaların davam etdirilməsi insan hüquqlarına ziddir və qeyri-insani davranışdır.
Bu gün beynəlxalq ictimaiyyət xüsusilə dost və qonşu ölkələr humanitar dəstək və həmçinin sanksiyaların qaldırılması üçun əlindən gələni etməlidir. Azərbaycan hökumətinin bu məqsədlə İrana 5 milyon dollar ayırması da bu zərurətdən qaynaqlanır. Sözsüz ki, İran kimi regionun ən iri dövlətlərindən olan bir ölkənin daha çox maliyyəyə ehtiyacı var və bunu sadəcə dost yardımları ilə qarşılamaq mümkünsüzdür. Təkcə İranı deyil, bütün region təhdid altında saxlayan sankasiyalar yumşaldılmalıdır ki, qonşu dövlət öz başının çarəsinə baxa bilsin. Di gəl ki, bu gün İran sanksiyalar səbəbindən, tibbi avadanlıq və ləvazimat ala bilməyən yeganə ölkədir. Nəticədə sanksiyaların və koronavirusun birləşməsi onu daha təhlükəli və dəhşətli bir komplikasiyaya çevirir. Sanksiyalar koronavirusun yayılmasını sürətləndirdiyi kimi koronavirus da böhranı dərinləşdirir.
Şəkildə: İranlı bu tibb bacısı iş əsnasında yoluxduğu koronavirusdan ölmüşdür
Artıq insanlıq və regional təhlükəsizlik naminə qanunsuz sanksiyalara son qoymağın vaxtı çatıb. Beynəlxalq ictimaiyyət İrana sanksiyaların dayandırılmasına kömək etməlidir və bununla əlaqədar Rusiya Federasiyası, Çin, Türkiyə, Pakistan və BMT baş katibi daxil olmaqla bir çox təsir dairələri ABŞ-dan İrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını tələb etməlidir, əslində ediblər də. ABŞ isə heç kimə məhəl qoymadan sanksiyalarını getdikcə gücləndirir.
İbrətamizdir ki, Vaşinqtonun rəqiblərini sanksiyalarla əl-qolunu bağlayaraq koronavirusa yem etmək siyasətinin ağır zərbəsi bu gün həm də ABŞ xalqına dəyir.
Verilən məlumata görə, ABŞ-da 200 minə yaxın insan bu virusa yoluxub, minlərlə insan həyatını itirib, Donald Trampın özünün də qeyd etdiyi bəşəriyyətin yeni vəbasına çevrilən bu bəla ən yaxşı halda 100 minlərlə, ən pis halda isə milyonlarla amerikalını ölümlə üz-üzə qoyur. Bu da təbiidir. Çünki qloballaşmış dünyanın öz həqiqətləri var və bu həqiqət “planentimiz hamımızın evidir” məntiqinə əsaslanır. Hətta komminikasiya əlaqələrinin indiki qədər sıx olmadığı dövrlərdə belə, pandemiyalar yalnız hansısa ölkəni deyil, bütün bəşəriyyəti təhdid edirdi. İndisə dünya elmi-texniki tərəqqi hesabına daha da “kiçilib”, insanların populyasiya sıxlığı artıb və bir-biriylə ünsiyyəti çoxalıb. Bu isə pandemiyalar üçün münbit şərait deməkdir və koronavirus da Ümumdünya Səhiyyə Təşkilatının da qeyd etdiyi kimi, bir pandemiyadır. Bəşəriyyətin ondan sığortalanmağının isə bircə yolu var – ümumi evimiz olan dünyanın istənilən bölgəsində bu virusun yayılmasının qarşısını almaq üçün səyləri birləşdirmək.
Əks halda koronavirus təkcə İranı və bölgəmizi deyil, həm də dünyanı daha çox ağuşuna alacaq və onun fəsadları bütün bəşəriyyət üçün dağıdıcı olacaq.
Elçin Qurbanov
İqtisadçı ekspert
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar