Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
“ABŞ-da koronavirus infeksiyası pik nöqtəsindən geri qayıdır, Nyu-yorkda ölüm və yoluxma halları azalır, Detroit və Denverdə sabitlik var. Vaşinqton DC, Baltimor kimi bölgələrdə də irəliləyiş var”.
Ovqat.com xəbər verir ki, məlumatı ABŞ Prezidenti keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, statistik məlumatlardakı rəqəmlərin azalması koronavirus pandemiyasnın ABŞ-da zirvəni aşdığını göstərir.
ABŞ-ın virusla mübarizənin nəticələrini görməyə başladığını söyləyən Tramp ölkəsində “əsrin vəbası”nın niyə bu qədər təsirli olduğuna, dünyada bir çox ölkələri geridə qoyduğuna da aydınlıq gətirib: “Səncə, bir sıra digər ölkələrdən vicdanlı rəqəmlər ala bilirsiniz? Biz isə hər şeyi, hər hadisəni, hər ölümü xəbər veririk".
Qeyd edək ki, ötən gün ABŞ-da 2 min 482 nəfər koronavirusun qurbanı olmuş, 30 min 206 yeni yoluxma faktı qeydə alınmışdı. Dünənki qeydə alınan
faktlarla ABŞ-da koronavirusdan ölənlərin ümumi sayı 28 min 529-a, yoluxanların sayı isə 644 min 089-a yüksəlmişdi. Ölkədə hələ də 13 min 487 xəstənin ağır və kritik vəziyyətdə olduğu xəbər verilir. Bu da ABŞ-da koronavirus itkilərinin yaxın günlərdə də yüksək olacağını göstərir.
Üstəlik, ötən gün 30 mindən artıq yeni yoluxma halının qeydə alınması Trampın nikbinliyini bölüşməyə imkan vermir. Çünki bir öncəki gün bu say 27 mindən aşağı idi. Ölüm sayında da bir öncəki günün statistikası nikbinlik üçün daha çox əsas yaradırdı: 2407. Yəni dünənkindən 75 daha az ölüm.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar