Xəbər lenti


İraqın ali mərceyi təqlidi Ayətulllah Seyid Əli Sistani bir çox dövlət liderlərinə nümunə olacaq addım atıb.

Ovqat.com-un məlumatına görə, Ayətullah İraq məhkəmə sisteminə müraciət edərək, ona təhqirlər yağdırdığı üçün həbs olunan şəxsin azadlığa buraxılmasını istəyib. 

Məlumata görə, Ayətullahın “şəfaətinə” qovuşan bu şəxs jurnalistdir və Sistani barədə yazdığı məqalədə təhqiramiz sözlərdən istifadə edib. Bu səbəbdən də 2 il həbs cəzasına məhkum olunub. 

Ayətullah Sistaninin ofisinin yaydığı məlumatda isə bildirilib ki, Seyid Əli Sistani onu təhqir etdiyinə görə heç kimin cəzalandırılmasını istəmir və buna razılıq vermir.

Qeyd edək ki, Ayətullah Sistani İraqın əsas yiyəsi sayılır. Prezidentdən tutmuş kənd bələdiyə sədrinə qədər hər kəs onun fitvaları ilə hesablaşır. Hətta İraq ABŞ tərəfindən işğal olunanda belə, Sistani bu çəkisini qoruya bilmiş və məşhur bir deyimin formalaşmasına yol açmışdı: “İraqda iki Ayətullah var: biri Sistanı, digəri Corc Buş. İntəhası , Ayətullah Sistani “Ayətullah” Corc Buşdan daha mülayim və demokratdır”.

Ayətullah Sistani bu keyfiyyətinə görə, o illərdə “Nobel” Sülh mükafatına namizəd verilmişdi.


Ana səhifəyə qayıt        Baxış: 2 694          Tarix: 16-04-2020, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma