Xəbər lenti



Birinci Vitse-Prezident Mehriban Əliyeva qanvermə aksiyasında könüllü iştirak edən donorlara təşəkkür edib.

Ovqat.com xəbər verir ki, Birinci Vitse-Prezident özünə məxsus sosial şəbəkə səhifələrində paylaşdığı müraciətində deyib:

“Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir.   İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!”


Ana səhifəyə qayıt        Baxış: 2 154          Tarix: 16-04-2020, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma