Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Bütün epidomoloji xəstəliklərin ən uğurlu müalicəsi dezinfeksiyadır. İnfeksiyanın insan orqanizminə müdaxiləsindən əvvəl məhvi üçün nəzərdə tutulan bu tədbirlər nə qədər uğurlu aparılsa, xəstəliyin yayılmasının qarşısı bir o qədər effektli alınar.
İnsafən, Azərbaycan hökuməti də bunun fərqindədir və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentininin verdiyi məlumata görə, paytaxtın 150-dən artıq əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb.
Amma necə?
Ovqat.com xəbər verir ki, yayılan video-görüntülərdən daha çox şosse yollarının dərmanlandıqları aydın olur.
Halbuki karantin rejimində şosse yollarında nadir hallarda maşınlar görünür. Üstəlik, maşınlar sürücü ilə virus arasında təbii sərhəd yaradır və bu sərhəd təhlükəsizlik məsafəsindən daha uzundur.
Vətəndaşlarımız isə daha çox səkilərdə koronavirus təhlükəsinə məruz qala bilərlər. Nə qədər evimizə qapansaq belə, hər birimiz ən azı gündəlik ərzaq ehtiyaclarımızı ödəmək üçün küçələrə çıxır, mağazlara gedirik. Yolda qarşılaşdığımız qonşularımız, dostlarımızla söhbətləşmək imkanlarımız da olur. Dolayısıyla hər gün istəsək də istəməsək də koronavirus təhdidi ilə qarşılaşırıq. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti isə deyəsən maşınlarımızı bizdən çox istəyir.
Buyurun, bu da sizə fakt:
Dezinfeksiya işləri səkilərdə yox, şosse yollarında aparılır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar