Xəbər lenti

Respublika ərazisinin elektrik enerjisi ilə təchizatında yaranmış problem ilə əlaqədar olaraq hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.

“Report” xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları işıqforların işləməməsi səbəbindən paytaxt yollarında nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldurlar.

Yol və Post Patrul xidmətlərinin əməkdaşları Bakının əsas küçə və prospektlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 448          Tarix: 3-07-2018, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma