
Xəbər lenti
Dünən, 23:33
Dünən, 20:46
Dünən, 19:47
Dünən, 18:56
Dünən, 18:00
Dünən, 12:43
Dünən, 09:19
5-09-2025, 23:53
5-09-2025, 22:56
5-09-2025, 21:55
5-09-2025, 20:43
5-09-2025, 19:07
5-09-2025, 18:24
5-09-2025, 17:07
5-09-2025, 16:18
5-09-2025, 12:06

Çinin məşhur “CHINA DAILY” nəşri Bakı ilə Pekinin koronavirusa qarşı birgə mübarizəsindən yazıb. Yazıda Azərbaycanın koronavirusla mübarizədə Pekinə göstərdiyi diqqətdən bəhs edilib və Heydər Əliyev Fondu ilə yanaşı Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu istiqamətdə atdığı addımlar xüsusilə vurğulanıb. Sözsüz ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələdə göstərdiyi həssasiyyət də çinli media nümayəndəsinin gözündən yayınmayıb.
Dünyanın yeni super gücü olmaq istiqamətində, keçmiş sovet lideri Brejnevin təbirilə desək, iri addımlarla irəliləyən Çində Azərbaycanın tanıdılmasını incə düşünülmüş diplomatik manevr olaraq gördüyümüzdən, yazını Ovqat.com oxucularına təqdim edirik.
Çinlə Azərbaycan koronavirusla birgə mübarizə aparır
Dünya koronavirus pandemiyasından çox dərs aldı. Doğrudur, alınacaq dərslər hələ də var. Lakin artıq bəzi nəticələr çıxarmaq mümkündür.
Bütün dünyanın koronavirusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər gördüyü vaxtda, Çin nümunəvi həmrəylik nümayiş etdirir. O, təkcə qonşu ölkələrə deyil, həm də hər hansı dəniz və ya quru sərhədi olmayan dövlətlərə də kömək edir. Belə ölkələrdən biri də Azərbaycandır. Əslində, iki ölkə arasındakı dostluq əlaqələrinin uzun tarixi var. Bakı ilə Pekin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində də əməkdaşlıq edir.

Bu il aprelin 2-də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 28 ili tamam olub. Məhz bu əlamətdar gündə Azərbaycan Xarici İşlər Nazirliyində ölkənin koronavirus epidemiyası ilə mübarizəsinə Çinin göstərdiyi yardımdan söz açılıb. Tədbirdə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min də iştirak edib. Xüsusi əhəmiyyətə malik bu mərasim Bakı ilə Pekin arasında sıx dostluq münasibətlərini və qarşılıqlı inamı bir daha nümayiş etdirib.
Beləliklə, Azərbaycanla Çin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində də bir-birinə dəstək verir. Sumqayıt Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Heydər Əliyev Fondu daxil olmaqla, Azərbaycanın müxtəlif yerli icra hakimiyyəti orqanları və ictimai təşkilatları Çinə tibbi maska, əlcək və digər tibbi ləvazimatlar göndərib. Bu mənada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Gəlin, Çini, Uhanı dəstəkləyək” adlı videoçarxını da qeyd etmək lazımdır. Aprelin 3-də isə Heydər Əliyev Mərkəzinin binası üzərində Çin bayrağı proyeksiya olunub. Bununla da Azərbaycan Çində pandemiya nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini yad edib. Xatırladaq ki, aprelin 4-də Çində koronavirus qurbanlarının xatirəsinə matəm elan olunmuşdu.
Aşağıdakı şəkillərdə: Sumqayıt İcra hakimiyyəti Çinə yardım göndərir



Çinin koronavirusun öhdəsindən gəlməyə başladığı günlərdə xəstəlik postsovet ölkələri və Avropada yayılmağa başlayıb. Bu zaman Pekin Azərbaycan daxil olmaqla, çox sayda ölkəyə yardım etməyə başlayıb. Yeri gəlmişkən, martın əvvəlində Çin Xarici İşlər Nazirliyi və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi Azərbaycan daxil olmaqla, bir sıra Avrasiya ölkəsilə birgə çoxtərəfli videokonfrans təşkil etmişdi. Videokonfransda Çinin Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzinin ekspertləri, həmçinin ölkənin aparıcı epidemioloqları mövcud vəziyyət haqda məlumat verib, koronavirusla mübarizə, xəstəliyin müalicəsi və yayılmasının qarşısının alınması işindəki təcrübələrini bölüşüblər.
Pekinin təşəbbüsü ilə təşkil edimiş digər videokonfrans zamanı çinli və azərbaycanlı ekspertlər arasında koronavirusla mübarizə və onun müalicəsilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, Çin dostluq əlaməti olaraq, Azərbaycana 5 min dəst test də göndərib.
Azərbaycanın bu xəstəliklə mübarizəsinə Çinin Cek Ma və Alibaba fondları da yardım edib. Onlar Azərbaycana tibbi maska, test dəstləri, xüsusi qoruyucu geyimlər, süni tənəffüs aparatları və hərarəti məsafədən yoxlayan aparatlar göndəriblər.
Çinlilər borclu qalmağı sevmirlər

Sözsüz ki, Pekin Bakını bundan sonra da dəstəkləyəcək, bu sahədəki təcrübəsini bölüşəcək, virusa qalib gəlinməsi üçün Azərbaycanla çiyin-çiyinə mübarizə aparacaq. Eyni zamanda, Çinin digər ölkələrə də yardım göstərəcəyinə şübhə yoxdur. Yeri gəlmişkən, Avropa İttifaqına üzv olan bəzi ölkələrin dəstək üçün Brüsselə müraciət etdiyi, lakin qurumun onlara yardım göstərmədiyi məlumdur. Pekin isə həmin ölkələrə də qeyd-şərtsiz yardım əlini uzadıb. Nəticədə istər köməyə ehtiyacı olan ölkələrin, istərsə də ümumilikdə beynəlxalq ictimaiyyətin Çinə inamı daha da artıb.
Çinlə bizim fərqimiz

Onlar qorxularından ağız-burunlarını tutublar, biz isə koronavirusdan qorxmuruq
Pandemiya bitdikdən sonra Çinin Azərbaycanla, həmçinin bir çox digər ölkə ilə dostluq münasibətləri daha da güclənəcək, “Bir kəmər, bir yol” təşəbbüsü tamamilə yeni anlam kəsb etməyə başlayacaq, digər dövlətlərin Çinə və onun layihələrinə marağı artacaq.
Çin prezidenti Si Cinpinin G-20 ölkələrinin liderlərinin fövqəladə sammitində dediyi kimi, beynəlxalq aləmdə inam mühiti gücləndirilməli, çətinliklərə birgə reaksiya verilməli, birgə fəaliyyət göstərilməli və virusla mübarizədə əməkdaşlıq genişləndirilməlidir. Hər halda, pandemiyanın sona çatmasından sonra bütün ölkələr keçmiş əlaqələri davam etdirmək üçün lazımi addımları atmalıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar