Xəbər lenti

 
Mart ayının 15-indən günümüzə qədər 36 ölkədə türmə üsyanı baş verib, 15-ində qurbanlar olub. Ümumilikdə yüzdən çox insan həlak olub. Koronavirusla bağlı türmələrdə sərt tədbirlər görülüb, yaxınlarla və vəkillərlə görüş, sovqat qəbulu məhdudlaşdırılıb. 
 
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın “Novaya Qazeta” nəşri yayıb.
 
Nəşrin məlumatına görə, bu hiperkarantin vəziyyəti demək olar bütün həbsxanalarda müşahidə olunur. Ancaq İtaliyada 50 türmədə üsyanlar baş verib, məhbuslar sanitar vəziyyətin yaxşılaşdırılmasını tələb ediblər. Braziliyada 4 türmədən mindən çox məhbus qaça bilib. İran və Kolumbiyada baş verən üsyanlar nəticəsində isə 23 və 36 məhbus öldürülüb. 


 
Üsyanların səbəbləri ilə bağlı "Novaya Qazeta" bir neçə nəzəri izah təklif edib.
 
1) Deprivasiya nəzəriyyəsi: həbsdə olmaq özü-özlüyündə üsyan üçün şərait yaradır. Azadlığını itirmiş və hiperkarantinlə üzləşmiş məhbusun itirəcək heç nəyi qalmır. Həbs rejiminə öyrəşsələr də, vəziyyətin sərtləşməsi onları üsyana sövq edir.
 
2) Konsensusun dağılması nəzəriyyəsi: bu izaha görə, məhkumlar və həbsxana administrasiya arasında əvvəldə olan qeyri-rəsmi razılaşma pozulduğundan, məhbuslar qəzəblənir və üsyanı seçir. Yeni qaydalara öyrəşməmiş məhbuslar üçün bu hal razılaşmanın pozulması kimi qəbul edilir.
 
3) Rituallar və fatalizm nəzəriyyəsi: bu versiyaya görə, məhbuslar mövcud türmə iyerarxiyasında öz sabit yerlərini tuturlar və gündən-günə eyni praktikaları həyata keçirirlər. Bu iyerarxik vəziyyət həm administrasiya, həm "vorlar" tərəfindən dəstəklənir və hər kəs tərəfindən qəbul edilir. Üsyan baş verəndə də məhbuslar "üsyan vaxtıdır" məntiqi ilə hərəkət edirlər və bir orqanizm kimi çıxış edirlər. 
 
Mən bura dördüncü, psixoanalitik izah da əlavə edərdim. Konsensus nəzəriyyəsinə yaxın olan bu izaha görə, həbsxanada mövcud rejim pozulduqda, məhbuslara aydın olur ki, mövcud olduqları sosial-simvolik rejim özlüyündə dəyişkəndir, ancaq dəyişiklik heç də onların xeyrinə baş verməyib. Bunu anlayan və təlaş hissinə qapılmış məhbuslar öz vəziyyətlərinin yenidən dəyişməsi uğrunda üsyana gedirlər və üsyançı subyektivlik əldə edirlər.


Ana səhifəyə qayıt        Baxış: 2 780          Tarix: 20-04-2020, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma