Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib.
Belə ki, Moskvada Qorbaçov Fondunda dəyirmi masada iştirak edən nazir danışıqlar masasındakı sənədlərə toxunub. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli gözlənilir.
Lavrov qeyd edib ki, ilk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur.
Rusiya tərəfindən bu cür bəyanatların verilməsi bizə nə vəd edir?
Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirir ki, Lavrovun bəyanatı müsbətdir, amma şübhə doğurur:
“Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunması Madrid prinsiplərinə daxildir və bu təklif yeni deyil. Ümumiyyətlə, ötən əsrin 90-cı illərində də mərhələli həll planı müzakirə olunmuşdu. Rusiyanın bundan əvvəl də bu məsələ ilə bağlı belə açıqlamaları var idi.
Belə ki, Rusiya tərəfi mərhələli həll məsələsi ilə bağlı əvvəllər də bu tip şərhlər verib. Düzdür, bütün bu şərhlər müsbət qiymətləndirilə bilər. Amma açığı deyim ki, bu bəyanatların münaqişənin həlli prosesində hansısa müsbət rol oynayacağı mənə şübhəli gəlir. Ona görə ki, dediyim kimi, biz bu bəyanatları ilk dəfə deyil ki, eşidirik.
Lavrov da qeyd etmişdi ki, Ermənistanla 2019-cu ildən bu yana bu istiqamətdə müzakirələr aparılıb. Amma Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində konstruktiv addım atmadığının da şahidi oluruq. Əksinə görürük ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatasakanyan qeyd etdi ki, hər hansı ərazinin Azərbaycana verilməsi Ermənistan tərəfindən qəbulolunmazdır. Təbii ki, bu da münaqişənin müsbət istiqamətdə həll olunması cavabını bizim üçün inkar edir. Düzdür, indi Lavrovun belə açıqlama verməsi müsbət haldır, amma nə dərəcədə uğurlu olacağı şübhə altındadır…”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar