Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
"Hərə bir özəl televiziya açıb qohum-əqrəbasını doldurub ora ağızlarına gələni danışırlar".
“Hansısa düşüncəsiz, əxlaqsız birinin mənəviyyatı ilə tərbiyə oluna bilmərik axı. Efir hər şey deməkdir, xalqın, mənəviyyatımızın, əxlaqımızın güzgüsüdür. Efirdə işə başlayanlar çox ciddi sürətdə testdən keçməlidirlər”
Ovqat.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti televiziyalarımızda güclü islahatların aparılmasının vacibliyini vurğulayıb:
“Efirə baxanda əsəbləşirəm, yekə yəntoş bir qadın bizə səhər-səhər aerobika dərsi keçir. Bunlar guya bizə idman dərsi keçirlər. Belə verilişlər hazırlamaq olmaz. Əgər bunu sən edirsənsə, yəqin ki, televiziyada həmin adamlar kiminsə qohumudur. Bir müddət əvvəl belə şeylərə qarşı mübarizə apararaq az da olsa qarşısını almışdıq. Bunlar həqiqətən də xalqın sağlamlığı üçün idman proqramı hazırlayırlarsa, efirə gənc idmançılarımızı dəvət etsinlər. Bunu edənlər belə şeyləri özlərinə ayıb saymırlar. Hansısa düşüncəsiz, əxlaqsız birinin mənəviyyatı ilə tərbiyə oluna bilmərik axı. Efir hər şey deməkdir, xalqın, mənəviyyatımızın, əxlaqımızın güzgüsüdür. Efirdə işə başlayanlar çox ciddi sürətdə testdən keçməlidirlər. Hərə bir özəl televiziya açıb qohum-əqrəbasını doldurub ora ağızlarına gələni danışırlar. Biz belə şeylərə irad tutanda isə pis adam oluruq. Niyə milli-mənəvi dəyərlərimizə diqqət yetirmirlər”.
Xalq artisti karantin rejimində ancaq Naxçıvan Televiziyasına maraqlı verilişlərə baxıdığını və Naxçıvanda görülən işlərə görə sevindiyini deyib:
“Karantin rejimində mən ancaq Naxçıvan Dövlət Televiziyasına baxıram, çünki otuz il bundan əvvəl Naxçıvanda gördüklərimi heç vaxt yadımdan çıxara bilmərəm. Hörmətli Vasif Talıbovla elə tanışlığım yoxdur, amma onun gördüyü işlər bir çox məmurlara nümunə olmalıdır. Bu gün bütün siyasi dairələrdə düşmənlərimiz Naxçıvan deyib dünyanı bir-birinə qarışdırırlar. Onun Naxçıvanda gördüyü işlər, nizam-intizam adamda fərəh hissi yaradır. Mən buna görə Vasif müəllimi öpüb bağrıma basıram. Naxçıvan vətənimin bir parçasıdır və o, insan orda böyük işlər görür. Bu gün icra başçılarının Azərbaycanı çapıb-taladığı bir dövrdə Vasif müəllim iş görür, Naxçıvanı gözəlləşdirir. Bu gün həmin vəzifəliləri Vasif müəllimin yanına göndərmək lazımdır ki, təcrübə keçsinlər, görsünlər necə işləmək lazımdır. Biz yaxşıya-yaxşı, pisə-pis deməliyik. Bütün naxçıvanlılara salamlarımı çatdırıram. Mən televiziya vasitəsilə Naxçıvanda görülən işlərə baxıb ləzzət alıram. İndi Vasif müəllimə bir məktub hazırlayıram və istəyirəm ki, elm xadimlərinin təşəbbüsü ilə Naxçıvanın qədim adını bərpa edək. Naxçıvan sözü yoxdur, ora Nuhçıxandır. Mən Naxçıvan Dövlət Televiziyasının bütün əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Mən indiyə kimi heyvanat aləminə, idmana baxırdım, amma indi Naxçıvan Televiziyasına baxıram. “Evdə qal”a ən gözəl riayət etmək Naxçıvan televiziyasına baxmaqdır”.
Vasif Əlihüseyn
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar