Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
2018-ci ildən bəri Ermənistan mərhələli tənzimləmə əsasında danışıqlar aparmayıb.
Virtualaz.org bildirir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan "Kommersant" qəzetinin 15 aprel 2019-cu il tarixində Moskvada keçirilən iclasda Qarabağ tənzimlənməsinə mərhələli yanaşmanın təklif edildiyi sənədlərin müzakirə olunub-olunmaması, həmçinin Yerevanın onlara necə münasibət bəsləməsi, eləcə də Ermənistanın Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı mövqeyi barədə suallarını cavablandırarkən deyib.
"15 aprel 2019-cu il tarixli görüşün nəticələri Ermənistan, Rusiya, Azərbaycan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar barədə birgə bəyanatında əks olunub. Orada mərhələli tənzimlənməyə nəinki istinad, heç işarə belə yoxdur.
Ermənistan tərəfi, Qarabağın öz müqəddəratını təyinetmə hüququnun heç bir məhdudiyyət olmadan həyata keçirilməsini təmin etməyən və Qarabağ xalqının təhlükəsizliyinə təhlükə yarada biləcək heç bir həll variantını qəbul etmir.
Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mərhələli variantını nəzərdə tutan, hələ 2018-ci ildən əvvəl təqdim olunan bu cür təkliflər qəbuledilməzdir. Üstəlik, 2018-ci ildən bəri Ermənistan mərhələli tənzimləmə əsasında danışıqlar aparmır.
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və dayanıqlı həllinə səbəb ola biləcək güzəştlərə və öhdəliklərin mütənasibliyinə əsaslanan balanslı yanaşmalara dair aydın fikrə malikdir",-deyə mətbuat katibi vurğulayıb.
Virtualaz.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar