Xəbər lenti

 
“Türkiyənin F-35 proqramından çıxarılması onsuz da “axsayan” istehsal və tədarük prosesini daha da tənəzzülə uğrada bilər”.
 
Ovqat.com xəbər verir ki, bu proqnoz ABŞ Konqresininin Hökumət Hesabatları Bürosu (GAO) tərəfindən hazırlanan hesabatda irəli sürülüb.
 
Konqres üçün audit qiymətləndirməsi və araşdırması xidmətləri göstərən GAO-nun F-35 hesabatında bildirilir ki, koronavirus infensiyasının yayılması nəticəsində təyyarənin test və hissə istehsalı əhəmiyyətli dərəcədə azalıb.
 
Hesabatda 2019-cu ildə planlaşdırılan testlərinin əksəriyyətinin həyata keçirildiyi, ancaq Covid-19-un yayılması səbəbindən proqramın bir hissəsində 9 aylıq gecikmələrin yaşandığı qeyd edilib.
 
Sənəddə Türkiyənin 2019-cu ilin iyul ayında Rusiyadan S-400 almasından sonra proqramdan uzaqlaşdırılmasının təyyarə istehsalına ciddi təsir etdiyi vurğulanır. Bildirildiyinə görə, Türkiyə tərəfindən istehsal olunan 1005 parça üçün yeni qaynaq tapılıb, amma yeni təchizatçılar tələb olunan 15 hissəni istənilən nisbətdə istehsal edə bilməyiblər.



Ana səhifəyə qayıt        Baxış: 3 209          Tarix: 13-05-2020, 00:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma