Xəbər lenti


DTX-nın icra başçılarına qarşı keçirdiyi əməliyyatlar artıq dövlət büdcəsində də öz təsirini göstərməyə başlayıb.
 
Ovqat.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin ilin ilk 4 ayının dair məlumatını ancaq bu amillə əsaslandırmaq olar. Zira ötən il müvafiq dövrü ilə müqayisədə son 4 ayda koronavirusa qarşı mübarizə tədbirləri üçün də xeyli pullar xərclənib. Bununla belə, hökumət büdcə xərclərinə 2 milyard manatdan çox qənaət edə bilib.
 
Məlumata görə, bu ilin yanvar-aprel aylarında Azıərbaycanın dövlət büdcəsinin gəlirləri 9 574,2 milyon manat, xərcləri isə 7 267,7 milyon manat təşkil edib. Nəticədə büdcədə 2,306 milyon manat qalıq yaranıb.
 
Sözsüz ki, bu 2 milyard manat aztəminatlı ailələrə ayrılan çörək puluna belə, göz tikən icra başçılarının əlinə düşsəydi, çoxdan yol olub getmişdi. 

Azərbaycan hökumətinin bu qənaətkarlığı bir daha sübut edir ki, istəsələr büdcə xərclərini xeyli azalda bilərlər. 5 icra başçısının qoluna qandal vurmaqla 2 milyarda qənaət edə biliriksə, bir nazirlə nə qədər qazanacağımızı təssəvvür etmək çətindir.




Ana səhifəyə qayıt        Baxış: 3 883          Tarix: 13-05-2020, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma